Tələbə Təcrübə Proqramı (3-cü həftə)

Bakı Dövlət Universitetinin “SABAH qrupları”-nın Psixologiya ixtisası üzrə təhsil alan və Psixologiya Elmi-Tədqiqat İnstitutunda aktiv təcrübə keçən lV kurs tələbələrinin təcrübə proqramına əsasən üçüncü həftənin yekununu sizinlə paylaşırıq:

▶️ 15.03.2021 – Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin əməkdaşı, Qərb Universitetinin müəllimi, klinik psixoloq Gülər Zamanın təqdimatında “Təşviş pozuntuları və korreksiyası” mövzusunda təlim;

▶️ 16.03.2021 – Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin əməkdaşı, klinik psixoloq Nuranə Salmanlının təqdimatında “Cinsi kimlik pozuntusu, cinsi disfunksiyalar” mövzusunda təlim;

▶️ 17.03.2021 – Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, psixoloq Sevda Xəlilovanın təqdimatında “Yeniyetmə psixologiyası” mövzusunda təlim;

▶️ 18.03.2021 – Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, Layihələrin İdarə Edilməsi şöbəsinin əməkdaşı, psixoloq Nərmin İsazadə ilə “Girl on the train” filminin psixoloji analizi.

Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq əməkdaşlarımıza öz bilik və təcrübələrini tələbələrlə paylaşdıqları üçün təşəkkürümüzü bildirir, təcrübəçi tələbələrimizə uğurlar arzu edirik!

Online Qeydiyyat