Psixologiya Elmi-Tədqiqat İnstitutunun dəyərli əməkdaşı, kollektivimizin sevilən üzvü, tələbələrinin sevimli müəllimi Kiyan Javadini itirdik.

Dərin təəssüf hissi ilə bildiririk ki, bu gün Psixologiya Elmi-Tədqiqat İnstitutunun dəyərli əməkdaşı, kollektivimizin sevilən üzvü, tələbələrinin sevimli müəllimi Kiyan Javadini itirdik.

Kiyan Javadi Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən İnkişaf və Yaş Psixologiyası şöbəsinin elmi işçisi, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, BDU-nun Tibbi Psixologiya ixtisası üzrə doktorantı, İran Psixoloqlar Assosiasiyasının üzvü, CBT, CBH terapevti, hipnoterapevt, Neurofeedback və Biofeedback tədqiqatçısı, sahəsinin peşəkarı idi.

Amma bütün bunlardan öncə o, çox gözəl insan idi.

Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq hörmətli əməkdaşımızı dərin hüznlə anır, ailəsinə və yaxınlarına başsağlığı diləyirik! Allah sizə rəhmət eləsin, gözəl insan!

Online Qeydiyyat