Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində elmi-praktiki seminar keçirilib.

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində elmi-praktiki seminar keçirilib

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində psixoloq ixtisası üzrə zabit təkmilləşdirmə kursunun dinləyiciləri üçün Bakı Dövlət Universiteti və Psixologiya Elmi-Tədqiqat İnstitutu əməkdaşlarının “Təşəbbüs” qrupu tərəfindən elmi-praktiki seminar keçirilib. Seminarın əsas məqsədi dinləyicilərin hərbi psixologiya sahəsində ixtisas hazırlığının təkmilləşdirilməsi, psixoloji işə dair yeni üsul və vasitələrin düzgün tətbiqi qaydalarının aşılanması, həmçinin onların peşəkarlıq səviyyəsinin yüksəldilməsindən ibarət […]

Psixo-help – “Abituriyentlərin imtahana psixoloji hazırlığı”

Dəyərli izləyicilərimiz, Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin təqdim etdiyi “Psixo-help” layihəsinin növbəti görüşü 17.04.2021 tarixində baş tutdu. Qonağımız Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, psixoloq Səbinə Ələkbərova, mövzu isə “Abituriyentlərin imtahana psixoloji hazırlığı” oldu. Zoom platforması üzərindən tədris olunan vebinarda Səbinə xanım iştirakçılara mövzu üzrə zəruri məlumatları verdi, onların […]

Tələbə Təcrübə Proqramı (6-cı həftə)

Bakı Dövlət Universitetinin “SABAH qrupları”-nın Psixologiya ixtisası üzrə təhsil alan və Psixologiya Elmi-Tədqiqat İnstitutunda aktiv təcrübə keçən IV kurs tələbələrinin təcrübə proqramına əsasən 6-cı həftənin yekununu sizinlə paylaşırıq: 12.04.2021 – Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, psixoloq Reyhan Mirzağayevanın təqdimatında “Yaş mərhələlərinin psixoloji aspektləri” mövzusunda təlim; 13.04.2021 – Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, psixoloq […]

6-10 yaşlı uşaqlar üçün”Ebru ruhun qidasıdır” adlı masterclass keçirildi.

15.04.2021 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin Uşaq bölməsi tərəfindən 6-10 yaşlı uşaqlar üçün “Ebru ruhun qidasıdır” adlı masterclass keçirildi. Ebru – suda rəsm sənətidir. Məhz bu qədim texnika su üzərində çəkilmiş fərqli və qeydi-adi rəsmləri kağıza köçürməyə imkan verir. Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, psixoloq Leyla Əliyeva […]

“Fortis Academy”nin dəvəti ilə “Abituriyentlərin qəbul imtahanına psixoloji hazırlığı” mövzusunda seminar baş tutdu.

13.04.2021-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov “Fortis Academy”nin dəvəti ilə buraxılış sinif şagirdləri üçün “Abituriyentlərin qəbul imtahanına psixoloji hazırlığı” mövzusunda seminar tədris etmişdir. Sədr seminarda tədris ilinin əvvəlindən yekununa kimi – abituriyentin bir ili; abituriyentin bir ayı; abituriyentin bir günü necə keçməlidir? – kimi məsələlər haqqında dəyərli məsləhətlərini şagirdlərlə bölüşmüşdür. “Abituriyentin imtahandan […]

“Peşəkar Psixoloq” Təcrübə Proqramı-3 (Dərs 1)

"Peşəkar Psixoloq" Təcrübə Proqramı 3-cü qrupla tədris olunmağa başladı.

Çoxsaylı istəklər nəzərə alınmaqla “Peşəkar Psixoloq” Təcrübə Proqramı 3-cü qrupla tədris olunmağa başladı. Psixologiya Elmi-Tədqiqat İnstitutunda 12.04.2021 tarixində sosial izolyasiya qaydalarına əməl olunmaqla “Peşəkar Psixoloq” Təcrübə Proqramının 3-cü qrupla ilk dərsi baş tutdu. Qeyd edək ki, təcrübə proqramı Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, BDU-nun doktorantı, psixoloq Mətanət Əliyeva […]

“Rasional psixoterapiyaya giriş” vebinarı

Rasional psixoterapiya

Dəyərli izləyicilərimiz, ötən həftəmizi yeni bilik və bol informasiyalarla zəngin daha bir vebinarla başa vurduq. Belə ki, 10.04.2021 tarixində Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, BDU-nun müəllimi, psixoloq Əli Xəlilovun təqdimatında “Rasional psixoterapiyaya giriş” mövzusunda vebinar baş tutdu. Zoom platforması üzərindən tədris olunan və 2 saat davam edən vebinarda Əli bəy iştirakçılara mövzu üzrə zəruri […]

Tələbə təcrübə proqramı (5-ci həftə)

Təcrübə

Bakı Dövlət Universitetinin “SABAH qrupları”-nın Psixologiya ixtisası üzrə təhsil alan və Psixologiya Elmi-Tədqiqat İnstitutunda aktiv təcrübə keçən IV kurs tələbələrinin təcrübə proqramına əsasən beşinci həftənin yekununu sizinlə paylaşırıq: 05.04.2021 – Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru, Tələbə Təcrübə Proqramının rəhbəri, psixoloq Nərmin Quliyeva və Tələbə Təcrübə Proqramının koordinatoru, psixoloq Leyla Əliyevanın iştirakı ilə iclas; 06.04.2021 […]

Müsahibə – İntihar sayları çoxalıb…

Son vaxtlar ölkəmizdə intihar sayı çoxalıb. İntihar edənlər arasında gənclər daha çoxdur. İnsanları intihara təşviq edən səbəblər və bu hadisələrin artmasi haqqinda LEQAL.AZ-a Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, tanınmış psixoloq Elnur Rüstəmov danışıb. Psixoloq açıqlamasında bildirib ki, günümüzdə intihar hadisələrinin geniş yayılması hər bir insanı, hər bir cəmiyyəti və dövləti narhat edir. Əvvəlcə onu qeyd […]

Psixoloji Məsləhət Kursu (fərdi dərs)

Fərdi dərslərimiz davam edir. Təqdim etdiyimiz görüntülər Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin əməkdaşı, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, Qərb Universitetinin müəllimi, klinik psixoloq Gülər Zamanın fərdi tədris etdiyi Psixoloji Məsləhət Kursundan görüntülərdir. Qeyd edək ki, fərdi dərslər sizin istəyinizdən asılı olaraq həm əyani, həm də onlayn olaraq tədris olunur. Nəzəri biliklər və praktik texnikalarla […]

Tələbə Təcrübə proqramı (4-cü həftə)

Bakı Dövlət Universitetinin “SABAH qrupları”-nın Psixologiya ixtisası üzrə təhsil alan və Psixologiya Elmi-Tədqiqat İnstitutunda aktiv təcrübə keçən lV kurs tələbələrinin təcrübə proqramına əsasən dördüncü həftənin yekununu sizinlə paylaşırıq: 29.03.2021 – Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, BDU-nun doktorantı, müəllimi Mətanət Əliyevanın təqdimatında “Yeniyetmələrdə böhran halları” mövzusunda təlim; 30.03.2021 – […]

Məktəb Psixoloqları üçün Nəzəri və Praktik Təlim Proqramı davam edir.

20.02.2021 tarixində başlayan, Zoom platformasında tədris olunan Məktəb Psixoloqları üçün Nəzəri və Praktik Təlim Proqramı davam edir. Qeyd edək ki, nəzəriyyə və praktikanı özündə birləşdirən təlim proqramı Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru, BDU-nun doktorantı, müəllimi, psixoloq Mətanət Əliyeva və həmin mərkəzin əməkdaşı, BDU-nun müəllimi, klinik psixoloq Mələk Allahverdiyeva tərəfindən tədris olunur. İnstitutumuzda tədris olunan […]

Online Qeydiyyat