“Rasional psixoterapiyaya giriş” vebinarı

Rasional psixoterapiya

Dəyərli izləyicilərimiz, ötən həftəmizi yeni bilik və bol informasiyalarla zəngin daha bir vebinarla başa vurduq. Belə ki, 10.04.2021 tarixində Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, BDU-nun müəllimi, psixoloq Əli Xəlilovun təqdimatında “Rasional psixoterapiyaya giriş” mövzusunda vebinar baş tutdu.

Zoom platforması üzərindən tədris olunan və 2 saat davam edən vebinarda Əli bəy iştirakçılara mövzu üzrə zəruri məlumatları nəzəri və praktik aspektdən çatdırdı. Vebinar iştirakçıların məmnuniyyət rəyləri ilə sona çatdı, təlim materialları və Sertifikat iştirakçıların elektron poçtuna göndərildi.

Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq əməkdaşımız Əli bəyə təşəkkürümüzü bildirir, iştirakçılara növbəti vebinarlarımızda görüşmək ümidilə uğurlar arzu edirik!

Online Qeydiyyat