Tələbə təcrübə proqramı (5-ci həftə)

Təcrübə

Bakı Dövlət Universitetinin “SABAH qrupları”-nın Psixologiya ixtisası üzrə təhsil alan və Psixologiya Elmi-Tədqiqat İnstitutunda aktiv təcrübə keçən IV kurs tələbələrinin təcrübə proqramına əsasən beşinci həftənin yekununu sizinlə paylaşırıq:

05.04.2021 – Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru, Tələbə Təcrübə Proqramının rəhbəri, psixoloq Nərmin Quliyeva və Tələbə Təcrübə Proqramının koordinatoru, psixoloq Leyla Əliyevanın iştirakı ilə iclas;

06.04.2021 – Layihələrin İdarə Edilməsi şöbəsinin əməkdaşı, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, psixoloq Nərmin İsazədə ilə “We need to talk about Kevin” filminin analizi;

07.04.2021 – Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, psixoloq Xəyalə Zaliyevanın təqdimatında “Burn-out sindromu” mövzusunda təlim;

08.04.2021 – Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, psixoloq Lalə Əhmədovanın təqdimatında “Nevrotik pozuntuların diaqnostika və korreksiyası” mövzusunda təlim;

09.04.2021 – Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin əməkdaşı, klinik psixoloq Nuranə Salmanlı ilə qrup terapiyası.

Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq əməkdaşlarımıza öz bilik və təcrübələrini tələbələrlə paylaşdıqları üçün təşəkkürümüzü bildirir, təcrübəçi tələbələrimizə uğurlar arzu edirik!

Online Qeydiyyat