Tələbə Təcrübə proqramı (4-cü həftə)

Bakı Dövlət Universitetinin “SABAH qrupları”-nın Psixologiya ixtisası üzrə təhsil alan və Psixologiya Elmi-Tədqiqat İnstitutunda aktiv təcrübə keçən lV kurs tələbələrinin təcrübə proqramına əsasən dördüncü həftənin yekununu sizinlə paylaşırıq:

▶️ 29.03.2021 – Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, BDU-nun doktorantı, müəllimi Mətanət Əliyevanın təqdimatında “Yeniyetmələrdə böhran halları” mövzusunda təlim;

▶️ 30.03.2021 – Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, psixoloq Nərmin Vəliyevanın təqdimatında “Qorxu və fobiyaların koqnitiv bihevioral terapiya ilə korreksiyası” mövzusunda təlim;

▶️ 31.03.2021 – Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, İnkişaf və Yaş Psixologiyası şöbəsinin əməkdaşı Nərmin Xəlilovanın təqdimatında “Cinsi, fiziki və psixoloji istismar” mövzusunda təlim;

▶️ 01.04.2021 – Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, Layihələrin İdarə Edilməsi şöbəsinin əməkdaşı, psixoloq Nərmin İsazadə ilə “Side effect” filminin psixoloji analizi;

▶️ 02.04.2021 – Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin əməkdaşı, Qərb Universitetinin müəllimi, klinik psixoloq Gülər Zaman ilə qrup terapiyası.

Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq əməkdaşlarımıza öz bilik və təcrübələrini tələbələrlə paylaşdıqları üçün təşəkkürümüzü bildirir, təcrübəçi tələbələrimizə uğurlar arzu edirik!

Online Qeydiyyat