Psixo-help – “Abituriyentlərin imtahana psixoloji hazırlığı”

Dəyərli izləyicilərimiz, Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin təqdim etdiyi “Psixo-help” layihəsinin növbəti görüşü 17.04.2021 tarixində baş tutdu.

Qonağımız Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, psixoloq Səbinə Ələkbərova, mövzu isə “Abituriyentlərin imtahana psixoloji hazırlığı” oldu. Zoom platforması üzərindən tədris olunan vebinarda Səbinə xanım iştirakçılara mövzu üzrə zəruri məlumatları verdi, onların suallarını cavablandırdı. Görüş iştirakçıların məmnuniyyət rəylərilə sona çatdı.

Qeyd edək ki, layihənin məqsədi psixologiyanın müxtəlif sahələri üzrə ən aktual mövzuları gündəmə gətirərək cəmiyyətimizi maarifləndirmək, pozitiv atmosfer yaradaraq cəmiyyətimizin psixoloji sağlamlığını təmin etməkdir.

Online Qeydiyyat