Tələbə Təcrübə Proqramı (6-cı həftə)

Bakı Dövlət Universitetinin “SABAH qrupları”-nın Psixologiya ixtisası üzrə təhsil alan və Psixologiya Elmi-Tədqiqat İnstitutunda aktiv təcrübə keçən IV kurs tələbələrinin təcrübə proqramına əsasən 6-cı həftənin yekununu sizinlə paylaşırıq:

▶️ 12.04.2021 – Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, psixoloq Reyhan Mirzağayevanın təqdimatında “Yaş mərhələlərinin psixoloji aspektləri” mövzusunda təlim;

▶️ 13.04.2021 – Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, psixoloq Səbinə Ələkbərovanın təqdimatında “Yeniyetmələrdə davranış pozuntuları və korreksiyası” mövzusunda təlim;

▶️ 14.04.2021 – Layihələrin İdarə Edilməsi şöbəsinin əməkdaşı, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, psixoloq Nərmin İsazadənin təqdimatında “Cinayətin psixoloji konsepsiyaları” mövzusunda təlim;

▶️ 15.04.2021 – Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, klinik psixoloq Fuad Əsədovun təqdimatında “Obsessiv-kompulsiv pozuntunun Koqnitiv Bihevioral Terapiya ilə korreksiyası” mövzusunda təlim;

▶️ 16.04.2021 – Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin əməkdaşı, klinik psixoloq Nuranə Salmanlı ilə qrup terapiyası.

Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq əməkdaşlarımıza öz bilik və təcrübələrini tələbələrlə paylaşdıqları üçün təşəkkürümüzü bildirir, təcrübəçi tələbələrimizə uğurlar arzu edirik!

Online Qeydiyyat