“Fortis Academy”nin dəvəti ilə “Abituriyentlərin qəbul imtahanına psixoloji hazırlığı” mövzusunda seminar baş tutdu.

13.04.2021-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov “Fortis Academy”nin dəvəti ilə buraxılış sinif şagirdləri üçün “Abituriyentlərin qəbul imtahanına psixoloji hazırlığı” mövzusunda seminar tədris etmişdir.

Sədr seminarda tədris ilinin əvvəlindən yekununa kimi – abituriyentin bir ili; abituriyentin bir ayı; abituriyentin bir günü necə keçməlidir? – kimi məsələlər haqqında dəyərli məsləhətlərini şagirdlərlə bölüşmüşdür. “Abituriyentin imtahandan əvvəlki günü və imtahan günü necə olmalıdır”- kimi mövzulara da toxunaraq şagirdlərin imtahan ərəfəsində yaranan bütün suallarını ətraflı cavablandırmışdır.

Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq dəvət üçün Fortis Academy rəhbərliyinə təşəkkürümüzü bildirir, abituriyentlərə qəbul imtahanında uğurlar arzu edirik!

Online Qeydiyyat