İşgüzar ünsiyyət

Şəxsi inkişaf kursu

İşgüzar ünsiyyət (32 saat)

Məqsəd: Dinləyicilərdə nəzəri və praktik ünsiyyət vərdişlərinin, işgüzar ünsiyyət prosesində onları tətbiq etmək bacarığının formalaşdırılması.

Auditoriya: Ünsiyyət sahəsində peşəkar bacarıqlarını artırmaq istəyənlər

Təlimçi: Müvafiq sahə üzrə peşəkar mütəxəssislər

“İşgüzar ünsiyyət” kursunun proqramına aşağıdakı mövzular daxildir:

Mövzu № 1. Ünsiyyət psixologiyasının ümumi məsələləri (2 saat)

Ünsiyyət psixologiyasının mövzusu. Ünsiyyət probleminin öyrənilməsinin qısa tarixi. Ünsiyyət və kommunikasiya anlayışı. Ünsiyyətə tələbat.  Ünsiyyətin üç tərəfi: kommunikativ, interaktiv və perseptiv. Ünsiyyət dəyər kimi. Ünsiyyətin funksiyaları. Ünsiyyətin məqsədləri. Ünsiyyətin növləri. Ünsiyyətin üsulları. Ünsiyyətin modelləri.

Ekstravertlik-introvertlik. Empatiyalılıq. Hökmlülük. Konfliktlilik və aqressivlik. Tolerantlıq. Utancaqlıq. Sosial qorxaqlıq. Rigidlik-mobillik. Çətinləşmiş ünsiyyət subyektinin psixoloji portreti.

Erkən yaşlı uşaqların ünsiyyət xüsusiyyətləri. Məktəbəqədər yaşlıların ünsiyyətinin xüsusiyyətləri. Kiçik məktəblilərin ünsiyyətinin xüsusiyyətləri. Yeniyetmələrin ünsiyyətinin xüsusiyyətləri. Gənclərin ünsiyyətinin xüsusiyyətləri. Ahıl adamların ünsiyyətinin xüsusiyyətləri.

Ünsiyyətin kişi və qadın üçün əhəmiyyəti. Sosial persepsiyanın cins xüsusiyyətləri. Kişi və qadınların ünsiyyət dairəsi. Ünsiyyət sıxlığı və cins. Ünsiyyətin verbal və qeyri-verbal vasitələrinin istifadəsində cinsi fərqlər. Ünsiyyətin kişi və qadın üslubu. İnternet vasitəsilə ünsiyyətin xüsusiyyətləri.

Mövzu № 2. İşgüzar ünsiyyətin xarakteristikası (2 saat)

İşgüzar ünsiyyətin funksiyaları: instrumental, inteqrativ, özünüifadə, ötürmə, sosial nəzarət, sosializasiya və ekspessiv. İşgüzar ünsiyyətin məzmunu: kommunikativ niyyət və gözlənilən nəticə. İşgüzar ünsiyyətin xarici və daxili tərəfləri. Ünsiyyət tərzi (əda) və üslubuna təsir göstərən faktorlar: partnyorların fərdi-tipoloji xüsusiyyətləri və onların kommunikativ niyyətləri. İşgüzar ünsiyyətdə partnyorların qarşılıqlı təsirinin üslubları: yaradıcı-produktiv, sıxışdıran, məsafəli (distansiya), praqmatik-işgüzar, populist və oynayan, preventiv və dostcanlı. İşgüzar ünsiyyətdə üslub seçiminə təsir göstərən faktorlar: insanın statusu, kommunikativ niyyət, məqsəd və vəzifələr, ünsiyyət situasiyasında qurulan xüsusiyyətlər, qarşılıqlı təsir iştirakçılarının fərdi xüsusiyyətləri, əxlaqi-etik və dəyər yönəlişləri. Effektiv ünsiyyət faktorları. Ünsiyyətin xarici faktorları: ünsiyyət şəraiti və psixoloji xarakteristikalar. Daxili faktorlar: empatiyaya qabillik, müşahidəçilik və s. Yaxşı və pis dinləyici faktoru. Təsirlərin effektivliyini şərtləndirən şəxsi faktorlar: kommunikativ mədəniyyət, informasiya mənbəyinin avtoriteti, resipientin konformluğu, resipientin təlqinə meylliliyi və neqativizmi, informasiya mənbəyinə etibar və etibarsızlıq.

Mövzu № 3. Kommunikativ maneələr (2 saat)

Spesifik kommunikativ maneələr. Kommunikativ maneələrin səbəbləri: ünsiyyətdə olanların intellekt xüsusiyyətləri, danışıq predmeti haqqında eyni olmayan məlumatlılıq, müxtəlif leksikon və tezaurus. Məntiqi maneə. Məntiqi maneənin səbəbləri. Verbalizasiya. Məntiqi maneə və təfəkkür. Məntiqi maneənin aradan qaldırılması yolu. Stilistik maneə. İşgüzar qarşılıqlı təsirdə informasiyanın strukturlaşdırılmasının iki əsas priyomu: çərçivə (freym) və zəncir qaydası.  Stilistik maneənin səbəbləri. Stilistik maneənin aradan qaldırılması yolları. Semantik maneə. Semantik maneənin səbəbləri. Semantik maneənin aradan qaldırılması yolları. Fonetik baryer. Fonetik baryerin səbəbləri. Nazalizasiya. Fonetik baryerin aradan qaldırılması yolu. Uğurlu verbal kommunikasiya üçün Q.Broyniqin doqquz qaydası.

Mövzu № 4. İşgüzar ünsiyyətdə dinləmə (2 saat)

Dinləmə bacarığı partnyorun mövqeyini düzgün anlamağın zəruri şərti kimi. Effektiv dinləmənin çətinlikləri: diqqətin olmaması, əqli fəaliyyətin yüksək sürəti, yad fikirlərə antipatiya, diqqətin seçiciliyi və replikaya tələbat. Dinləmədə daxili və xarici əngəllər (ilişiklər). M.Berkli-Alenə görə, dinləmənin üç səviyyəsi. Kelliyə görə dinləmənin növləri: istiqamətlənmiş (tənqidi), empatik, qeyri-refleksiv və aktiv refleksiv. Dinləmə prosesində əks əlaqə: sorğu-sual etmə (aydınlaşdırma), yenidən adlandırma (verbalizasiya), hisslərin əks etdirilməsi, nəticə çıxarmaq (ümumiləşdirmə). Qarşılıqlı təsirin faydalı üsulları. Effektiv əks əlaqənin beş qaydası. İ.Atvaterə görə, effektiv dinləmənin priyomları.

Mövzu № 5. İşgüzar ünsiyyətdə suallar və cavablar (2 saat)

İşgüzar qarşılıqlı təsir zamanı sualların əhəmiyyəti. Sualların növləri: məlumatverici, nəzarət, bələdləşmək üçün, təsdiqedən, tanışlıq, birqütblü, qarşılıqlı, alternativ, istiqamətləndirən, təhrikedici, giriş və yekunlaşdıran. Açıq və qapalı suallar. Danışıqlar və hərraclar üçün sualların növləri. Anlamada təhriflərdən qaçmaq üçün suallar. Qarşılıqlı təsirin şərtsiz perspektiv strategiyası. Korrekt olmayan suallar və onlardan yayınma yolları. Bumeranq priyomu.

Mövzu № 6. İşgüzar ünsiyyətdə verbal və qeyri-verbal ünsiyyət vasitələri (2 saat)

Verbal ünsiyyət vasitəsi kimi nitqin mahiyyəti. İnsan nitqi informasiya mənbəyi kimi. Nitq fəaliyyətinin növləri: danışmaq və yazmaq, dinləmək və oxumaq. Ünsiyyətin nitq vasitələri. Rəsmi-işgüzar nitq üslubu. Nitqin elmi üslubu. Nitqin publisistik üslubu. Danışıq nitqi. Daxili (gizli) məna.

İşgüzar ünsiyyətdə jestlərin dili. Kinesika. Qeyri-verbal kommunikasiyanın vasitələri. Emosional halların xarici təzahürləri. Mimika və baxış. İşgüzar ünsiyyətdə poza. İşgüzar danışıqda jestikulyasiya. Qeyri-verbal kommunikasiyanın paralinqvistik xüsusiyyətləri. İşgüzar kommunikasiyada zonalar və məsafələr: intim, şəxsi, sosial və kütləvi (açıq) zonalar. İşgüzar kommunikasiyada məkanın təşkili.

Mövzu № 7. İşgüzar ünsiyyətdə təmsil sistemləri (2 saat)

Sensor kanalların növləri: vizual, audial və kinestetik. Aparıcı təmsil sistemi anlayışı. İnsanın aparıcı təmsil sisteminin müəyyən edilməsi. Təmsil sistemi üzrə sualların verilməsi. Partnyora psixoloji uyğunlaşma və rapport.

Mövzu № 8. Ünsiyyət iştirakçılarına təsir formaları (2 saat)

Niyyətli təsir formaları: imperativ birbaşa (əmr, tələb və s.) və qeyri-imperativ birbaşa (xahiş, təklif, inandırma və s.). Niyyətsiz təsir formaları: bədən quruluşu və cəlbedicilik. Dolayı təsir formaları. Manipulyativ ünsiyyətin xarakteristikası. Zəifliyin nümayişi. Qılığa girmə, yaltaqcasına tərif və yaltaqlıq. Yalan, goplama və uydurma. Yalanın üzə çıxarılması. Şəxsiyyətin manipulyativ (makiavellik) tipi.

Mövzu № 9. Rol və manipulyativ təsnifatlar (2 saat)

E.Şöstromun manipulyatorlar tipologiyası: diktator, əski, kalkulyator, zəhlətökən, xuliqan, şərəfli oğlan, hakim və müdafiəçi. Manipulyatorların strategiyaları. V.Satirin kateqoriyaları: ittiham edən, yaltaq, dağıdıcı, təcrid olunmuş (kompüter) və müvazinətli. E.Bernə görə, manipulyativ rollar; Eqo-hallar: valideyn, yaşlı və uşaq. Eqo-halların tanınması. Kommunikativ rollar. İşgüzar partnyorların kommunikativ tipləri: mütəfəkkir (koqnitiv tip), həmsöhbət (emosional-kommunikativ tip) və praktik (praktiki tip).

Mövzu № 10. İşgüzar ünsiyyətin formaları (4 saat)

İşgüzar söhbət. İşgüzar söhbət öncəsi özünütəhlil sualları. İşgüzar söhbət zamanı qadağan olunmuş priyomlar. İşgüzar söhbətin strukturu. Söhbətin “özünəqəsd” başlanğıclı priyomları. İşgüzar söhbətin uğurunun faktorları. Söhbətin əsas hissəsi ilə bağlı tövsiyələr. Qərar qəbulu və söhbətin yekunlaşdırılması.

Telefonla işgüzar söhbət. Telefondan müdafiə üzrə yeddi tövsiyyə.Telefonla söhbətin planı. Telefon söhbəti zamanı özünü aparma şəkli. Zəng gələndə nə etməli? Qaçmalı olduğumuz ifadələr. Beynəlxalq telefon danışığı.

İşgüzar müşavirələr. Müşavirələrin tipləri. Müşavirəyə hazırlıq. Müşavirədə davranış qaydaları. Diskussiyanın gedişini idarə etmək üçün priyomlar. Müşavirədən sonra.

Mətbuat konfransı və onun əhəmiyyəti. Mətbuat konfransına hazırlıq. Mətbuat nümayəndələrilə ilkin görüşlər. Mətbuat konfransının keçirilməsi.

İşgüzar danışıqlar. Danışıqlara konfrontasiya və partnyor yanaşması. Danışıqların hədəfləri. Danışıqlara hazırlıq. Danışıqların predmeti. Danışıqların strukturu. Danışıqların başlanğıcı. İş partnyorlarının qeyri-korrekt taktiki priyomları. Q.Broyniqə görə, nümunəvi reaksiya taktikaları. İşgüzar partnyorların davranış variantları. Danışıqların aparılmasının konstruktiv priyomları. Uğurlu danışıqlar üçün sual tipləri. Effektiv kommunikasiya üçün nitq şablonları. Danışıqlar bitdikdən sonra.

Hərraclar. Hərracların növləri. Hərraclarda hücum metodları. Hərracların aparılması texnologiyası. Partnyorun “bəli” deməsinə nail olmaq. Müsbət cavablar metodu. Bağlanma metodu. “Xeyr” deyə bilmək. Ağrısız imtina etmək priyomları.

Diskussiya. Kütləvi və qrup diskussiyası. Simpozium. Polemika. Debatlar. Mübahisələr. Mübahisənin növləri. İnandırmanın psixoloji aspektləri. Təlqinin psixoloji aspektləri. Sokratın texnologiyası.

Kütləvi nitq. Kütləvi nitqə verilən tələblər. Üslub (danışıq) mətninin hazırlanması. Üslub növlərinin təsnifatı. Məlumatverici üslub. İnandırıcı üslub. İşə təhrik edən üslub. Xüsusi səbəbə xidmət edən üslub. Protokol (çərçivə) üslubu. Mərasim (yas) üslubu. Təntənəli üslub. Dost mühitində üslub. Müsbət təəssüratı necə oyatmalı? R.Hoffdan uğurlu olmaq üçün məsləhət.

Təqdimat. Təqdimatın hədəfi. Təqdimata hazırlıq. Təqdimatı necə hazırlamalı? Satış zamanı məhsulun təqdimatı. Məhsul və xidmətlərin təqdimatı tipləri. Plan (formul) üzrə təqdimat. Məhsulun satışı üzrə təqdimat prosesinin alqoritmi. Tələbatların ödənilməsilə əlaqəli təqdimat. Problemin həlli ilə əlaqəli təqdimat. Alıcıya yanaşmanın kommunikativ priyomları.

Özünütəqdimat. Müsbət imic. Öz hədəflərinin təhlili. Əlaqə qurmaq priyomları. Tanışlıq. İşgüzar geyim. Özünəinam. İşgüzar partnyorun pozitiv, mötəbər və optimal həvəsli tipi.

Mövzu № 11. Rəhbərlik üslubu və onun sosial-psixoloji problemi (2 saat)

Rəhbərlik üslübü. K. Levinin klassik tipologiyası: avtoritar, demokratik və neytral (anarxik) üslub. Optimal rəhbərlik üslubunun seçilməsi: situasiya yanaşması. Rəhbərlik üslublarının çoxölçülü modelləri: R.Bleyk və C.Moutonun “idarəetmə şəbəkəsi” və F.Fidlerin situasiya modeli. Rəhbərliyin psixoloji problemləri. Rəhbərin ünsiyyətcilliyi və kollektivin fəaliyyətinin effektivliyi.

Mövzu № 12. Konfliktlər və onların həlli yolları (2 saat)

Konfliktin mahiyyəti. Konfliktli situasiya və konfliktlər. Konfliktin tipologiyası və təsnifat meyarları. Konfliktin inkişaf mərhələləri. Konfliktli situasiyada davranış strategiyası: Tomas-Kilmenn cədvəli. Konfliktin xəritəqrafiyası: X.Kornelius və Ş.Feyerin modeli. Şəxsi-emosional sahədə konfliktlər. Konfliktli şəxsiyyət tipləri: nümayişkar, rigid, pedant, konfliktsiz və praktik. Konflikt şəraitində davranış qaydaları. Konfliktli situasiyanın nəticələri və onun aradan qaldırılması yolları. Aqressiv davranış konfrontasiyanın təzahürü kimi.Konflikt şəraitində psixoloji gərginliyin aradan qaldırılması metodları.

Mövzu № 13. İşgüzar ünsiyyətdə stressədavamlılıq (2 saat)

Stress anlayışı və onun təbiəti. Stressin inkişaf mərhələləri: həyəcan reaksiyası, müqavimət və tükənmə. Stressin səbəbləri və mənbələri: təşkilati, təşkilati-şəxsiyyət və təşkilati-istehsalat faktorları. İşgüzar ünsiyyətdə stresslərin profilaktikası. Stressədavamlı davranışın fərdi strategiya və taktikası.

Mövzu № 14. İş sferasında mütəxəssislərin təfəkkürünün stimumullaşdırılması metodları (2 saat)

Modelləmə. Konkret situasiyaların təhlili (KST) metodu. Keyslərin təhlili metodu. Hadisələrin təhlili metodu. İşgüzar korrespondensiyanının ayırd edilməsi metodu. Rolların səhnələşdirilməsi metodu. Psixoloji videotəlim metodu. İmitasiya oyunları metodu. İşgüzar oyunlar metodu. Beyin həmləsi metodu. Sinektika metodu. Assosiasiyalar metodu. Qeyd kitabçası metodu. Kreativ sorğu vərəqəsi.

Tənqid növləri. “LEGE ARTIS” tənqidi. İşgüzar kommunikasiyada tənqiddən istifadə. Tənqidin psixoloji xərcləri. Məzəmmətlərin neytrallaşıdırılması texnikası. Məzəmmətlərin neqativ təsirinin azaldılması priyomları. Tənqidin qavranılmasına pozitiv yönəlişlər. “Xoş sözlər” priyomunun psixoloji mexanizmləri. “İltifatı necə iltifat etməli” olduğumuzun altı qaydası (A.Y.Panasyuk). 

Mövzu № 15. İşgüzar ünsiyyətin etika və etiketi (2 saat)

Etika anlayışı. Əxlaq anlayışı. İşgüzar ünsiyyətin etikası və cəmiyyətin ictimai-iqtisadi quruluş. Ənənəvi cəmiyyətdə işgüzar ünsiyyətin etikası. Konfutsinin təlimində işgüzar ünsiyyətin etikası. Qərbi Avropa mədəniyyətində işgüzar ünsiyyətin etikası. İşgüzar ünsiyyətdə etikanın tutduğu yerə müasir baxışlar. İşgüzar ünsiyyətin ümumi etik prinsipləri və xarakteri.

İşgüzar etiket anlayışı. Etiket qaydaları: əxlaqi-etik və estetik. Verbal etiket qaydaları. Sözlü müraciətin stereotipləri. Suala cavab vermə bacarığı. Psixoloji priyomlardan istifadə. Partnyorların qaydaları ilə oynamaq. Kliyentlərlə ünsiyyət.

İş üsulları:

mühazirələr, təqdimatlar, qrup müzakirələri, işgüzar oyunlar.

Proqramı bitirdikdən sonra Sizə müvafiq kursu bitirməklə bağlı Sertifikat verilir.

Qeydiyyat üçün:

Ünvan: Bakı şəhəri, Ziya Bünyadov prospekti 38, Psixologiya Elmi-Tədqiqat İnstitutu

Telefon: (+99412) 480-36-29

WhatsApp: (+99470) 268-27-08

E-mail: [email protected]

Online Qeydiyyat