Psixologiya Elmi-Tədqiqat İnstitutu yeni mövsümün ilk kursu – KOQNİTİV BİHEVİORAL TERAPİYA Kursunu sizə təqdim edir.
Kurs Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin klinik psixoloqu Aydan Xasməmmədzadə tərəfindən tədris olunacaq, nəzəriyyə və praktikanı özündə birləşdirməklə 6 modul üzrə 24 saat müddətində davam edəcək. Kursu bitirən hər kəs kurs proqramı çərçivəsində imtahanda iştirak edəcək, imtahandan 50% və daha yüksək nəticə göstərənlərə SERTİFİKAT təqdim olunacaq.
Kursun proqramını sizə təqdim edirik: Pasienti koqnitiv bihevioral terapiyaya yönəltmək;
Hədəflərin müəyyən olunması;
Günün məqsədinin müəyyənləşməsi;
Ev tapşırıqları;
Qeyri-adaptiv fikir və inancların müəyyən olunması;
Qeyri- adaptiv fikirlərlə mübarizə;
Fəaliyyətin bərpa olunması (Davranış texnikaları);
Psixiatrik pozuntular (DSM-V və XBT-10),(hər xəstəlik qrupu analiz olunacaq);
Problemi həll etmə (KDT praktiki tətbiqi);
Müalicənin sonu və gələcək dəstək;
Praktiki hissə.
Koqnitiv Bihevioral Terapiya Kursunun ilk modulu 28.09.2019-cu il tarixində, saat 14:00-18:00 aralığında baş tutacaq.
Kurs ödənişli əsaslarla tədris olunacaq.
1 modulun ödənişi 40 AZN, tələbələr üçün ( tələbə biletini təqdim etmək mütləqdir) 30 AZN, tam kursun ödənişi 210 AZN, tələbələr üçün 150 AZN təşkil edir.
Öncədən qeydiyyatdan keçmək mütləqdir!
Bizimlə əlaqə: 070 268 27 08 ( mob/what’s App).