“ÖYRƏNƏK VƏ YARDIM EDƏK” seminarı

Psixologiya Elmi-Tədqiqat İnstitutu valideyn himayəsindən məhrum olmuş uşaqlara yardım məqsədilə xeyriyyə seminarı təşkil edir. “ÖYRƏNƏK VƏ YARDIM EDƏK” adlı maarifləndirici seminarda iştirak etməklə siz, həm yeni biliklər əldə edəcək, həm də dəstəyə ehtiyacı olan balaca həmvətənlərimizin üzünün gülməsinə səbəb olacaqsınız.
Seminarda çıxış edəcək mütəxəssisləri və məruzə mövzularını sizə təqdim edirik:
1.Gülər Məmmədova – Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi Psixologiya kafedrasının müəllimi, doktorantı.
Mövzu: “Cinsi problemlərə psixoloji yanaşma”;
2. Əli Xəlilov – Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin praktik psixoloqu, Bakı Dövlət Universitetinin Sosial və Pedaqoji Psixologiya kafedrasının müəllimi.
Mövzu: “Motivasiya və məqsədli davranış – psixoloji yanaşma”. 3.Aydan Xasməmmədzadə – Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin klinik psixoloqu, Xəzər Universitetinin Psixologiya Departamentinin pedaqoqu.
Mövzu: “Asılılığın psixologiyası”.
Seminar 5 Oktyabr 2019-cu il tarixində saat 12:00-16:00-da Psixologiya Elmi-Tədqiqat İnstitutunda baş tutacaq.
Ödəniş: 10 AZN.
Seminarda iştirak edənlərə İştirak Sənədi təqdim ediləcək.
Öncədən qeydiyyat mütləqdir!
Bizimlə əlaqə: 070 268 27 08 ( mob/what’s App).

Online Qeydiyyat