Pİ Live – “Asılılığın insan psixologiyasına təsiri”

Pİ-Live layihəsinin növbəti buraxılışı sabah canlı yayımla efirdədir.
Qonağımız Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin klinik psixoloqu, Xəzər Universitetinin Psixologiya Departamentinin pedaqoqu, İtaliyada sinir elmləri üzrə uzmanlıq keçmiş mütəxəssis Aydan Xasməmmədzadə “Asılılığın insan psixologiyasına təsiri” mövzusunda çıxış edib, həmçinin sizin ünvanladığınız sualları cavablandıracaq.
Mövzu sizin üçün də maraqlıdırsa, o zaman elə indi mövzu ilə bağlı sizi maraqlandıran sualları mesaj bölməsindən yaza bilərsiniz. Anonimlik qorunmaqla 18.10.2019 tarixi, saat 15:00-da canlı yayımda mesaj bölməsinə yazdığınız suallar cavablandırılacaq. Həmçinin sabah canlı yayıma qoşularaq bizi izləyə və psixoloqumuza suallarınızı ünvanlaya bilərsiniz.
Canlı yayım yalnız instagram səhifəmizdə: @psixologiya_institutu

Online Qeydiyyat