“Loqopediya” kursu

Psixologiya Elmi-Tədqiqat İnstitutu LOQOPEDİYA KURSU-nu təqdim edir.
Kurs Narınc Psixologiya Mərkəzinin Loqopediya şöbəsinin müdiri, baş defektoloq-loqopedi Qönçə Ağayeva tərəfindən tədris ediləcək.
Nəzəriyyə və praktikanı özündə birləşdirməklə, 24 saat müddətində hər biri 3 saat olmaqla 8 modul üzrə davam edəcək.
Kursun proqramını sizə təqdim edirik:
Modul 1. Nitqin ilkin müayinəsi və diaqnozu.
Modul 2. Nitq qüsurlarının yaranma səbəbləri, növləri və aradan qaldırılması yolları.
Modul 3. Eşitmə əsasında fonemlərin tanınma və differensiallaşmasının inkişafı.
Modul 4. Uşaq Serebral İflicinin (USİ) növləri, həmin uşaqlarda dizartriyanın səbəbi və etiopatogenetik mexanizmi.
Modul 5. Nitq nəfəsi və səsinin inkişafı.
Modul 6. Autizm və daun sindromlu uşaqların nitqində yaranan qüsurlar.
Modul 7. Oxu və yazıda olan qüsurların (problemlərin) aşkarlanması və aradan qaldırılması yolları.
Modul 8. Loqopedik masaj, nəfəs və nitq çalışmaları.

İlk modul 21.10.2019 tarixində saat 15:00-18:00 aralığında baş tutacaq.
Öncədən qeydiyyat mütləqdir.
15 nəfər tamamlandıqdan sonra qeydiyyat dayandırılacaq.
Ətraflı məlumat və qeydiyyat üçün 070 268 27 08 ( mobil/what’s App) nömrəsilə əlaqə saxlayın.

Online Qeydiyyat