“Bədən dili və Qeyri-verbal Ünsiyyət Mədəniyyəti” seminarı

Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Sosial Psixologiya Şöbəsi “Bədən dili və Qeyri-verbal Ünsiyyət Mədəniyyəti” mövzusunda seminarı təqdim edir.
Seminar Bakı Qızlar Universitetinin Psixologiya kafedrasının dosenti, psixologiya üzrə fəlsəfə doktoru, NLP üzrə praktik Ramil Mirzəyevin təqdimatında keçiriləcəkdir. Siz, seminarda qarşılıqlı münasibətlərin sınaqdan çıxmış aşağıdakı üsulları ilə tanış olacaq, müvafiq vərdiş və bacarıqlara yiyələnəcəksiniz.
1.İlk görüşdə müsbət təəssürat yaratmağın yolları;
2.Həmsöhbətin psixoloji durumunun jestlərdən öyrənilməsi;
3.Fikirləri jestlərdən oxumağın yolları;
4.Satışları uğurlu etməyin yolları;
5.Manipulyasiyalardan qorunmağın yolları;
6.Yalanın bədən əlamətləri;
7.İstənilən situasiyanı öz xeyrinə dəyişməyin yolları;
8.Masa ətrafında səmərəli ünsiyyət.
Seminar 26 Oktyabr 2019 tarixi, saat 16:00-19:00-da Psixologiya Elmi-Tədqiqat İnstitutunda keçiriləcək.
İştirak edən hər kəsə seminarın sonunda SERTİFİKAT təqdim ediləcək.
Öncədən qeydiyyat mütləqdir.
Qeydiyyat üçün əlaqə nömrəsi: 070 268 27 08 ( mob/what’s App). 

Online Qeydiyyat