#evdəqal sosial çağırışı (3)

Bütün dünyanı narahat edən koronavirus (COVİD – 19) infeksiyası ilə mübarizədə ölkə əhalisinin sağlamlığının qorunması, yoluxma hallarının qarşısının alınması istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində ölkədə elan olunan xüsusi karantin rejiminə dəstək olaraq Psixologiya Elmi-Tədqiqat İnstitutunun Könüllü Fəaliyyət qrupunun üzvləri Layihələrin İdarə Edilməsi şöbəsinin müdiri, Könüllü Fəaliyyət qrupunun rəhbəri, psixoloq Nərmin Quliyevanın təşəbbüsü ilə #evdəqal sosial çağırışına qoşulublar.

Belə ki, onlar #evdəqal#sağlamqal başlıqları ilə evdə qalmaq üçün öz səbəblərini qeyd edərək cəmiyyətimizlə paylaşıblar.Cəmiyyətimizin sağlamlığı istiqamətində faydalı olan bu təşəbbüs üçün Nərmin Quliyevaya, o cümlədən Könüllü Fəaliyyət qrupumuzun üzvlərinə öz təşəkkürümüzü bildiririk!

#evdəqal -aq, #sağlamqal -aq!

Online Qeydiyyat