Şagirdlərin təlim motivasiyasında musiqi komponenti

Açar sözlər: təhsil, musiqi, düşüncə, təsəvvür, beyin, psixologiya, motiv, motivasiya

Şagirdlərdə təlimə motivasiya yaradan bir neçə amil var: valideyn, müəllim, məktəb mühütü, fənlərin tədrisi metodikaları və s. Bu tədqiatda göstərilmişdir ki, bütün bu amillərin təsir gücünün zəyiflədiyi dövrdə musiqinin özünəməxsus yeri vardır. Apardığımız sorğuların nəticəsində şagirdləri təlimə motivasiya edən amillərdən birinin gələcək həyatları ilə bağlı qurduqları xəyalları olduğunu gördük. Bu xəyyalların da onların dinlədikləri musiqilərlə əlaqəli olduğu aşkarlanmışdır.İnsanlar ən çox nə zaman xəyal qurarlar? Cavab: musiqi dinləyərkən. Təsadüfi deyil ki “Musiqiyə nə ad verərdiniz” sorğusunda çoxluq təşkil edən cavablar içərisində “həyat”, “xəyal” ən çox verilən adlar sırasındadır. Yeniyetmələrin dərs edərkən musiqi dinləmələri də sorğu nəticələrində öz əksini tapmışdır. Sorğu zamanı “musiqi” məvhumunu verilən möhtəşəm adlar insanı valeh edir. Problem yeniyetmələrin bu möhtəşəm adları hansı musiqilərə verdikləri zaman yaranır.
Qulağımızdan beynimizə süzülən harmoniyalar, ritmlər, melodiyalar, sözlər bizi necə bir vətəndaşa, şəxsiyyətə, peşəkara çevirər? Uşaqların musiqiyə olan marağı bətndaxili dövrdən başlamaqla təxminən 10 yaşlarında sxemlərin təşəkkül etmə müddəti başlayır və bu müddətdə musiqi axtarışları gündəmə gəlir. 14 yaş dövründə isə o vaxta qədər dinlənilən musiqi qəliblərinə hissi əlaqələrin də təsiriylə, musiqi seçimləri sağlam bir formada formalaşmağa başlayır. Bu dövrdən sonra dinlənən bütün musiqi əsərləri, gənçlik dövründəki bu qəliblərə görə dəyərləndirilərək “bəyənilən” və ya “bəyənilməyən” olaraq sinifləndirilir.
Öyrənmə prosesində emosional sahənin əhəmiyyəti böyükdür, beynimiz, arasında hissi əlaqə qurmadığı heç bir şeyi qəbul etməz. Öyrənmənin və xarici aləmlə ünsiyyətin əsasında hisslər dayanır – reallığını qəbul edərək bu məsələyə münasibətdə deməliyik ki, hər şeydən əvvəl şagirdlərin təhsilə sevgisini və marağını yaratmalıyıq. Müasir təhsil metodları şagirdlərin xəyallarını, təhsilə dair istək və gözləntilərini öyrənməyə əsaslanmalıdır. Təhsili, şagirdlərə onların sevdiyi vasitələr ilə sevdirməliyik.
Müasir təhsilin məzmunu, tədris proqramları və təlim strategiyaları son dövrlərdə insan beyninin imkanları və onun inkişaf xüsusiyyətləri barədə əldə edilən elmi biliklər nəzərə alınaraq tərtib edilməlidir.
Mədəniyyətin kod daşıyıcısı olan musiqinin [8] – milli ritmlərlə, milli-mənəvi dəyərlə birləşməsi müvafiq keyfiyyətlərə malik şəxsiyyətin formalaşmasında əhəmiyyətli rol oynayır. Eyni zamanda ritmlərə diqqət yetirsək, ən çox qulaq asılan rep, rok və s. qeyri peşəkar musiqi nümunələrinin fəsadlarını elmi cəhətdən izah edə bilərik. Neyroelm İntitutunun əməkdaşı Aniruddh Patele görə “hər mədəniyyətin nizamlı ölçüsü olan, icracılar arasından temporal koordinasiya təmin edən düzənli vuruşlara sahip, dinləyicilərdə bərabərzamanlı motor reaksiya oyandıran musiqilər vardır.” Eşitmə ve motor sistemlərin bu münasibəti görüldüyü qədəri ilə insanlarda bəşəridir və həyatın ilk zamanlarında özlüyündən meydana çıxır.
Müasir təhsilin məzmununun böyük bir hissəsi şagirdlərdə texniki bilik və bacarıqların formalaşdırılmasına istiqamətlənmişdir. Təxəyyülün və yaradıcılığın inkişafını təmin edən dərslərə isə, bir qayda olaraq “ikinci dərəcəli” dərslər kimi baxır və onlardan, əsasən, asudə vaxtın dəyərləndirilməsi vasitəsi kimi istifadə edirlər. Əsasən ibtidai və orta təhsil pillələrində şagirdlərin bədən hərəkətlərini, sənət və yaradıcılıq motivlərini tətmin edərək özlərini və dünyanı daha yaxından tanımaları üçün musiqi, rəsm, əl işləri, dizayn, dram, rəqs, idman kimi dərslərin tədris proqramında ilk sıralarda durması təmin edilməlidir. Bir çox ölkələrin təhsil təcrübəsi də bu faktı təstiqləyir.
Biz, araşdırmalarımızda yeniyetmələrin tərbiyyə və təlim motivinə musiqinin psixoloji təsiri tədqiq etmişik. Sırf yeniyetməlik dövründə olan şagirdləri öyrənməyimiz təsadüfi deyildir. Bu dövr şagirdlərin daha çox diqqət yetirilməli, böhranlı, inkişaflarında müsbətə və ya mənfi meyillərin yarana bildiyi keçid dövrüdür. Bu yaş dövründəki uşaqlara ən yaxşı təsir edilə bilinəcək vasitələrdən biri də musiqidir. Yeniyetmələrin təlim motivlərinə, estetik tərbiyyələrinə, onlarda milli ruhunun formalaşmasına musiqinin müsbət təsirini müəyyənləşdirmək və psixoloji-pedaqoji üsullarla onları inkişaf etdirmək təhsil sahəsində aparılan tədqiqatların əsas vəzifələrindən biri olmalıdır.
Apardığımız təhlil və araşdırmalar göstərdi ki, müasir məktəbin musiqi dərslərinin proqramları musiqiçilərlə bərabər psixoloq, musiqi terapevtlərinin də iştirakı ilə yazılmalıdır. Musiqi dərsləri eyni zamanda terapevtik xarakter daşımalıdır. Tədqiqatın nəticəsi olaraq gəlinən qənaət ondan ibarətdir ki, yeniyetmələr musiqini “həyat”adlandırsalarda bayağı, qeyri-peşəkr musiqələr vasitəsi ilə zövqləri pozulub. Yüksək keyfiyyətli, klassik, milli və yüksək peşəkarlıqla bəstələnmiş musiqilər vasitəsi ilə şagirdlərin estetik, dəyər, mənəviyyat, sevgi kodu olan musiqi zövqlərini bərpa etmək, təmizləmək olar. Bu cür musiqilər ilə əldə edilən təlim nəticələrini də xeyli yaxşılaşdırmaq olar. Yeniyetmələrin təlimə və yaxşı gələcəyə motivasiyaları var, nəticə əldə etmək üçün sadəcə tədris mühitini və müəllimləri onların tələbinə uyğun hazırlamaq lazımdır. Musiqi şagirdlərə təsirini aşağıdakı kimi qruplaşdırmaq olar: karyera hazırlığına müsbət təsir edir, maraqlı hobbi kimi istifadə edilir; uğurlarını stimullaşdırır, daha çox faydalı fəaliyyətə yönəldərək günü daha xoş, məzmunlu və maraqlı edir; birgə fəaliyyətə təşviq edir; məktəb və cəmiyyət mühitində səmərəli həyat tərzinə dəstək olur; həyat tərzini zənginləşdirir, milli mədəni mirasıdərk etməyi təmin edir; xəyal etməyə və yenilik yaratmağa söbq edir; təcrübə və yaradıcılığa tövhə verir; musiqi həssaslıq yaradır; intizamlı və qərarlı edir; müvəffəqiyyətə inam yaradır; şagirdlərdə qeyri-adi – telepatik təsir yaradır; musiqi dərsləri şagirdlərin mənlik şüuruna müsbət təsir edir.
Müasir təhsilin məzmununun böyük bir hissəsi şagirdlərdə texniki bilik və bacarıqların formalaşdırılmasına istiqamətlənmişdir. Təxəyyülün və yaradıcılığın inkişafını təmin edən dərslərə isə, bir qayda olaraq “ikinci dərəcəli” dərslər kimi baxılır. Əsasən məktəbəqədər, ibtidai və orta təhsil pillələrində şagirdlərin bədən hərəkətlərini, sənət və yaradıcılıq motivlərini formalaşdıraraq özlərini və xarici aləmi daha yaxından tanımaq üçün musiqi, rəsm, əl işləri, dizayn, teatr, rəqs, idman kimi dərslərin tədris proqramında ilk sıralarda olması təmin edilməlidir. ABŞ, Yaponiya, Koreya kimi bir çox ölkələrin təcrübəsi də bu faktı təsdiqləyir. Musiqi şagirdlərin xəyal dünyasını canlandırır, zənginləşdirir və zərifləşdirir.Tədqiqatçılar uşaqların müvəffəqiyyət qazanmalarında ən vacib məqamın kimi incəsənət növləri ilə uzun müddət məşğul olmağı göstərmişlər. Robert-Boot Bernstein və dostlarının 2008-ci il tarixli tədqiqatına görə, Nobel mükafatı alan elm xadimləri mükafat almayanlara və ümumi əhaliyə nisbətdə daha çox incəsənətlə maraqlanırlar [7].
Məktəb dövrü beynin ən sürətlə dəyişdiyi, sosial həyat qəliblərinin ən dəqiq şəkildə müəyyən olunduğu dövrdür. Bu dövrlərdə darıxdırıcı dərs-qaydalardan ibarət bir təhsil gənclərin dinamik beyin quruluşu və inkişafı ilə uyumlu deyil. Həvəslə məktəbə gedən, hər fənni ayrı bir maraqla gözləyən, elmi məcburiyyətsiz qəbul edən, xəyalları olan, təhsili ilə uğurlarına inanan şagirdlərə malik olmaq üçün məzmun və təlim strategiyaları şagirdlərin potensial imkanlarına uyğunlaşdırılmalıdır.

ƏDƏBİYYAT :

1. Bayramov Ə.S., Əlizadə Ə.Ə., Psixologiya. Bakı: “Çinar-çap”, 2006
2. Bəylərov E.B. Uşaqlarda istedadın müəyyənləşdirilməsi və inkişaf etdirilməsi. Bakı: Təhsil, 2008, 224 s.
3. Daniel J.Levitin. Müziğin etkisindeki beyin. Pegasus, 2015
4. Gerard Ducourneau. Elements de musicotherapies. 2016
5. İsmail Hakkı Aydın. Beyin sizsiniz. Girdap, 2018
6. Kenneth E. Brusica. Defining music therapy. 2016
7. Mümin Sekman, Dr.Bahar Eriş. Çocuklar nasıl başarır?, İstanbul: ALFA Eğitim, 2017
8. Oliver Saks. Müzikofili, YKY, 2018
9. Sinan Canan. Değişen beynim, Tutukitap, 2018

Müəllif :

ARTİ-nun “Psixologiya və yaş fiziologiyası” şöbəsi , böyük elmi işçi Bahar Bəylərova – Ələkbərova

Son məqalələr

Online Qeydiyyat