“Klinik Psixologiya” Masterclassı (Modul 1)

23.09.2020 tarixində Zoom platforması üzərindən daha bir masterclassımız start götürdü.

Ötən gün Layihələrin İdarə Edilməsi şöbəsinin müdiri, psixoloq Nərmin Quliyevanın təqdimatında 3 günlük 6 saatlıq KLİNİK PSİXOLOGİYA MASTERCLASSI-nın ilk modulu baş tutdu.

Birinci modulda iştirakçılara klinik psixologiyaya dair ilkin məlumatlar: klinik psixoloqun vəzifələri, müraciət edən şəxsin ilkin dəyərləndirilməsi, klinik müsahibənin aparılma qaydaları haqqında ətraflı məlumat verildi, həmçinin koqnitiv disfunksiyalar mövzusuna yer ayrıldı.

İştirakçıları maraqlandıran suallar cavablandırıldı, aydın olmayan məqamlar izah olundu.

Birinci modul üzrə materiallar masterclass iştirakçılarının email ünvanına göndərildi.

Klinik Psixologiya masterclassının bol informasiyalı birinci modulu iştirakçılar tərəfindən məmnuniyyətlə qarşılandı.

Peşəkarlıqla tədris olunan masterclass üçün Nərmin xanıma təşəkkürümüzü bildirir, iştirakçılara uğurlar arzu edirik!

Online Qeydiyyat