“Klinik Psixologiya” Masterclassı (Modul 2)

24.09.2020 tarixində Zoom platforması üzərindən Layihələrin İdarə Edilməsi şöbəsinin müdiri, psixoloq Nərmin Quliyevanın təqdimatında tədris olunan KLİNİK PSİXOLOGİYA MASTERCLASSI-nın ikinci modulu baş tutdu.

İkinci modulda iştirakçılara affektiv pozuntular və somatoform pozuntular haqqında ətraflı məlumat verildi, həmçinin iştirakçıları maraqlandıran suallar cavablandırıldı, aydın olmayan məqamlar izah olundu.

İkinci modul üzrə materiallar masterclass iştirakçılarının email ünvanına göndərildi.

Klinik Psixologiya masterclassının bol informasiyalı daha bir modulu iştirakçılar tərəfindən məmnuniyyətlə qarşılandı.

Peşəkarlıqla tədris olunan masterclass üçün Nərmin xanıma təşəkkürümüzü bildirir, iştirakçılara uğurlar arzu edirik!

Online Qeydiyyat