Robert Diltsin “Dilin sehri” kitabı dilimizə tərcümə olunaraq çap edilmişdir.

Dəyərli izləyicilərimiz, Psixologiya Elmi-Tədqiqat İnstitutunun Sosial Psixologiya şöbəsinin təşəbbüsü ilə neyrolinqvistik proqramlaşdırmanın banilərindən biri olan Robert Diltsin “Dilin sehri” kitabı dilimizə tərcümə olunaraq çap edilmişdir.

Rus dilindən tərcümə edən və əlavə materialların müəllifi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun Sosial Psixologiya şöbəsinin müdiri, psixologiya üzrə fəlsəfə doktoru, dosent Ceyhun Alıyevdir.

Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq Ceyhun Alıyevə təşəkkürümüzü bildirir və kitab haqqında məlumatı nəzərinizə çatdırırıq:

Robert Dilts – NLP nəzəriyyəsi və praktikası üzrə dünya səviyyəsində qəbul edilən məşhur mütəxəssisdir.

Siz insanlar arasında yaşayıb işlədiyiniz üçün bəzən adamları nəyəsə inandırmaq zərurəti ilə qarşılaşırsınız.

Bu işdə sizə neyrolinqvistik proqramlaşdırmanın banilərindən olan Robert Diltsin bu kitabı köməyinizə gələcəkdir.

Siz “Dilin sehri”nə vaqif olmaqla bu işin öhdəsindən uğurla gələ bilərsiniz.

Məsələ belədir ki, müəyyən nitq qəliblərindən ( patternlər) düzgün istifadə etməklə siz qarşı tərəfə təsir göstərib onun mövcud inanclarını əsaslı şəkildə dəyişdirə bilərsiniz.

İnanc – səbəb və nəticə əlaqələrinin təsdiq formasını ifadə edən verbal modeldir.

Psixolinqvistika mütəxəssisləri hesab edirlər ki, kəşf edildiyi vaxtdan çox keçsə də, “Dilin sehri”ndə verilən dil qəlibləri ünsiyyət prosesində inancı dəyişdirməyin ən səmərəli yolu və vasitəsidir.

Siz də özünüz üçün yeni imkanlar yaradın. “Dilin sehri”nə yiyələnməklə lazımi yerdə lazım olan sözü deməyi öyrənin.

Kitabı Psixologiya Elmi-Tədqiqat İnstitutundan əldə edə bilərsiniz.

Ətraflı məlumat üçün bizimlə əlaqə: 055 257 27 00 ( mobil/what’s App)

Online Qeydiyyat