“Təşəbbüs qrupu” öz fəaliyyətini uğurla davam etdirir.

Məlum olduğu kimi Müasir Azərbaycan Psixoloqları İctimai Birliyi və Psixologiya Elmi-Tədqiqat İnstitutu Orduya dəstək məqsədilə “Təşəbbüs qrupu” yaradıb.

“Təşəbbüs qrupu” öz fəaliyyətini uğurla davam etdirir.

Qeyd edək ki, artıq hərbi qulluqçuların qərargahımıza müraciət edən yaxınlarının ödənişsiz konsultasiya üçün qeydiyyat prosesi başlamışdır.

Xatırladaq ki, Təşəbbüs qrupunun yaradılmasında məqsəd Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yüksək şücaət və qəhrəmanlıq nümayiş etdirərək vuruşan hərbi qulluqçular və onların ailələrinə ödənişsiz psixoloji dəstək göstərməklə əhali arasında yüksək əhval-ruhiyyəni təmin etmək, pozitiv atmosfer yaratmaqdır.

Bununla yanaşı, biz də arxa cəbhə döyüşçüləri olaraq qələbəyə gedən yolda birləşərək, mənəvi güc ilə yanaşı, maddi güclərimizi də birləşdirərək ordumuza əlimizdən gələn köməyi etməyə çalışırıq.

Amalımız bütöv Azərbaycan, and yerimiz Vətəndir!

Qələbə bizimdir!

Qarabağ Azərbaycandır!

Biz zəfər çalacağıq!

Online Qeydiyyat