Praktik Loqopediya Kursu – yekun

Ötən ilin dekabrında institutumuzda tədris olunan bir kurs proqramımızın daha sonuna gəldik.

Defektoloq-loqoped Qönçə Ağayeva tərəfindən tədris olunan, nəzəriyyə və praktikanı özündə birləşdirməklə 24 saatlıq proqramı əhatə edən Loqopediya Kursu 09.12.2020 tarixində başa çatdı.

Kurs iştirakçıları sonda kurs proqramına əsasən imtahanda iştirak etdilər, imtahanda uğurlu nəticə göstərərək Sertifikata layiq görüldülər.

Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq, Loqopediya Kursunun peşəkar tədrisinə görə Qönçə xanıma təşəkkürümüzü bildirir, kurs iştirakçılarımıza öyrəndiklərini öz iş təcrübələrində uğurla tətbiq etməyi arzu edirik!

Online Qeydiyyat