“Uşaqlarda günlük rejimin formalaşması: psixoloq və dietoloq yanaşması” vebinarı

12.12.2020 tarixində Zoom platforması üzərindən növbəti maarifləndirici vebinarımız baş tutdu.

“Uşaqlarda günlük rejimin formalaşması: psixoloq və dietoloq yanaşması” adlı vebinar Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, BDU-nun doktorantı, müəllimi, psixoloq Mətanət Əliyeva və Can klinikasının dietoloqu Ceyhunə Yusifovanın təqdimatında baş tutdu. Mütəxəssislərin hər biri mövzuya öz sahəsi üzrə peşəkar yanaşma ilə çıxış etdi, daha sonra iştirakçıların suallarını cavablandırdı.

Vebinar iştirakçıların məmnuniyyət rəyləri ilə sona çatdı.

Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq Mətanət xanıma və Ceyhunə xanıma öz dəyərli zamanlarından ayırıb bilik və təcrübələrini iştirakçılarla paylaşdıqları üçün təşəkkürümüzü bildirir, iştirakçılara növbəti təlim və vebinarlarımızda görüşmək ümidi ilə uğurlar arzu edirik!

Online Qeydiyyat