“Münasibətlərin psixologiyası” vebinarı (Tanıtım)

Öyrədici vebinarlarımız davam edir. Psixologiya Elmi-Tədqiqat İnstitutu “Münasibətlərin psixologiyası” mövzusunda vebinarı təqdim edir.

Vebinar Layihələrin İdarə Edilməsi şöbəsinin müdiri, Amerika Psixoloqlar Assosiasiyasının üzvü, psixoloq Nərmin Quliyeva və Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin əməkdaşı, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, Qərb Universitetinin müəllimi, klinik psixoloq Gülər Zamanın təqdimatında tədris olunacaq.

Vebinarın ilk tanıtım görüşü 30.01.2021 tarixində saat 19:00-da Zoom platforması üzərindən həyata keçiriləcək.

İştirak ödənişsizdir.

Qeydiyyat üçün əlaqə: 070 268 27 08 ( mobil/ what’s App)

Online Qeydiyyat