Klinik Psixologiya Kursu (Tanıtım)

Psixologiya Elmi-Tədqiqat İnstitutu yenidən KLİNİK PSİXOLOGİYA Kursunu təqdim edir.

Kurs Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin əməkdaşları, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisləri, BDU-nun müəllimi, klinik psixoloq Mələk Allahverdiyeva və klinik psixoloq Nuranə Salmanlının təqdimatında tədris olunacaq.

20 saatlıq proqramı əhatə edən Klinik Psixologiya Kursu hər biri 2 saat olmaqla 10 modul üzrə həftədə 2 dəfə tədris ediləcək.

Kurs əyani şəkildə Psixologiya Elmi-Tədqiqat İnstitutunda tədris olunacaq.

Arzu olunduğu halda əlavə olaraq online qrup da yaradıla bilər.

Kursda iştirak edən hər kəsə kurs materialları və sonda Sertifikat təqdim ediləcək.

Klinik Psixologiya Kursu haqqında daha ətraflı məlumat almaq, mütəxəssislərlə, eyni zamanda kurs proqramı ilə tanış olmaq üçün sizi ödənişsiz təşkil olunan tanıtım görüşündə iştirak etməyə dəvət edirik.

Kursun ilk tanıtım görüşü 03.02.2021 tarixində saat 16:00-da Zoom platforması üzərindən keçiriləcək.

Ətraflı məlumat və qeydiyyat üçün bizimlə əlaqə: 070 268 27 08 ( mobil / what’s App)

Online Qeydiyyat