Fərdi dərslər – Nərmin Quliyeva

Psixologiya Elmi-Tədqiqat İnstitutu psixologiya sahəsi üzrə peşəkar kadr hazırlığını qarşısına məqsəd qoyub. Bu səbəbdən psixologiya elminin müxtəlif istiqamətləri üzrə nəzəri və praktik kurslarla yanaşı, fərdi dərslərin tədrisini də həyata keçirir. Həmin dərslərdə siz, bu sahə üzrə biliklərinizi təkmilləşdirəcək, bilmədiklərinizi öyrənəcək, seçdiyiniz istiqamətdə nəzəri biliklər mənimsəməklə yanaşı, praktik bacarıqlara da yiyələnəcəksiniz.

Əgər siz də haradan və necə başlayacağınızı düşünürsünüzsə, bu dərslər məhz sizin uğurlu başlanğıcınız üçündür.

Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru, psixoloq Nərmin Quliyeva psixologiyanın qeyd olunan bölmələri üzrə fərdi dərslər tədris edir:

✅ Psixoloji Məsləhət;

✅ Ümumi psixoterapiya;

✅ Ailə psixologiyası;

✅ Klinik psixologiya;

✅ Koqnitiv Bihevioral Terapiya;

✅Pozitiv psixoterapiya;

✅Geştalt terapiya;

✅Uşaq psixologiyası və psixopatalogiyası.

Fərdi dərslərdə iştirak edən hər kəs dərs materialları ilə təmin olunur, sonda Sertifikat təqdim edilir.

Fərdi dərslər haqqında ətraflı məlumat almaq və qeydiyyatdan keçmək üçün bizimlə əlaqə: 070 268 27 08 ( mobil/what’s App)

Online Qeydiyyat