“EBRU RUHUN QİDASIDIR” adlı masterclass

Ebru – suda rəsm sənəti, məhz bu qədim texnika imkan verir ki, su üzərində çəkilmiş fərqli və qeydi-adi rəsmləri kağıza köçürək. Bu gözəl incəsənət nümunəsi təkcə estetik zövqləri inkişaf etdirməklə kifayətlənmir. Təsadüfi deyildir ki, ona ruhun qidası deyirlər.Düşünürük ki, övladlarınız bu ecazkar rəsm texnikası ilə mütləq tanış olmalıdır.

Məhz bu səbəbdən biz sizin övladlarınızı 15.04.2021 tarixində, saat 14:00-da kiçik məktəbyaşlı uşaqlar üçün təşkil etdiyimiz “EBRU RUHUN QİDASIDIR” adlı masterclassa dəvət edirik.

Masterclass Psixologiya Elmi-Tədqiqat İnstitutunda keçiriləcək, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, psixoloq Leyla Əliyeva və rəssam Könül İbrahimovanın təqdimatında baş tutacaq.

İştirak ödənişsizdir.

Öncədən qeydiyyat mütləqdir.

Yerlər məhduddur və yalnız ilk qeydiyyatdan keçən 10 nəfər iştirak edə bilər.

Ətraflı məlumat və qeydiyyat üçün bizimlə əlaqə: 070 268 27 08 ( mobil / what’s App)

Online Qeydiyyat