Tibb elmləri doktoru Fəxrəddin Gülmirzə oğlu Cavadovun 70 illik yubileyinə həsr olunmuş ” Orqan bağışı problemi və transplantasiya ” mövzusunda Elmi konfrans keçirildi.

Konfrans

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi – Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalinin birgə təşkilatçılığı ilə 20 aprel 2021 – ci il tarixində Tibb elmləri doktoru Fəxrəddin Gülmirzə oğlu Cavadovun 70 illik yubileyinə həsr olunmuş ” Orqan bağışı problemi və transplantasiya ” mövzusunda Elmi konfrans keçirildi .

Açılış nitqi ilə çıxış edən DGK Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov ölkəmizdə transplantologiya sahəsində olan inkişafın nümunəsi kimi Mərkəzi Gömrük Hospitalinin Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin fəaliyyəti və burada icra edilən uğurlu transplantaloji əməliyyatlar barədə məlumat verdi .

Onlayn Konfransın açılış mərasimində Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov , ÜST – ün Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmanci və Dövlət Gömrük Komitəsi Tibbi Xidmət idarəsinin Elmi – Təcrübi Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov çıxış etdilər .

Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov çıxışında qeyd etdi ki , ilin sonunda Prezident tərəfindən təsdiq edilmiş qanunda meyiddən orqan nəqli , donor bankının yaradılması , orqan bağışına hazırlanma prosesi , xüsusi transplantasiya klinikalarının açılması kimi məsələlərin də öz əksini tapıb .

ÜST – ün Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı 1991 – ci ildə ÜST tərəfindən Transplantasiya üzrə Rəhbər Prinsiplərin qəbul edildiyini və ayrı – ayrı ölkələr arasında transplantasiya sahəsində , o cümlədən meyiddən orqan köçürülməsi sahəsində mövcud olan fərqlilikləri vurğuladı .

Konfransın açılış hissəsində çıxış edən DGK Tibbi Xidmət İdarəsinin Elmi – Təcrübi Tədris Mərkəzinin rəisi Dr.Rəşad Mahmudov mövzu ilə əlaqəli fikirlərini bölüşdü , Tibb elmləri doktoru Fəxrəddin Cavadovun bu sahədəki mühüm addımları barədə məlumat verdi və məruzə ilə çıxış etdi .

Konfransın gedişində Mərkəzi Gömrük Hospitalinin Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin rəisi Dr. Mircəlal Kazımi , Türkiyənin ilk orqan nəqli koordinatoru Dr.Ata Bozoklar , Mərkəzi Neftçilər Xəstəxanasının Anesteziologiya şöbəsinin müdiri Qulam Rüstəmzadə , Psixologiya Elmi – Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov çıxışlar etdilər.

Online Qeydiyyat