ŞƏXSİ SƏRHƏDLƏR NƏDİR?

Açar sözlər: şəxsi sərhəd, aqressiv yanaşma, emosiya, paylaşmaq

Biz hamımız doğulduğumuz andan şəxsi sərhədlərimizi yaratmağa və onları inkişaf etdirməyə çalışırıq. Biz özümüz üçün önəmli olanları qorumağa çalışırıq. Bədənimiz şəxsi sərhədlərimizə, şəxsi əşyalarımız digər insanlarla münasibətimiz, inandığımız hər şey bura aiddir.

Təqribi 3 yaşına qədər uşaqlar onların əşyalarına toxunmaq istəyən adamlara qarşı sərt reaksiya verirlər. Bu mərhələ sərhədin yaranması üçün vacibdir. Bu zaman uşağın şəxsiyyəti inkişaf edir, özünü başqalarından ayırmağı bacarır və qərarların tək verməyə başlayır.

Valideynlər uşaq olarkən şəxsi sərhədlər nədir onu bilməyib qorumağa çalışmayıblar. Öz otaqları olmayıb, rahat uzanıb dincələ bilməyiblər, valideyn rahatlıqla onların olduğu otağa daxil olubsa, böyüklərin onların sərhədlərinə hörmət etmədikləri kimi, onlarda öz uşaqlarının sərhədlərinə hörmət etmirlər.

Uşaqlar ilk öncə özlərini, bədən üzvlərini, “məni”ni tanıyırlar daha sonra ətrafla tanışlığa başlayırlar. Başqa uşaqların yanında olarkən, parkda, baxçada uşaqlar “mənim” və “onun” anlayışlarını ayırd edə bilmirlər. Məsələn: parkda kimsə onun əşyasını götürəndə qışqırmaq, ağlamaqla, əşyanın geri qaytarıılmasını istəyir. Bu normal reaskiyadır. Əgər ailədə uşağın emosiyalarını sərbəst ifadə etməsinə şərait yaradılmasa, daxili aqressiya yaranmış olur. Evdə böyüklər arasında şəxsi sərhəd yoxdursa, bunu uşaqlardan gözləmək düzgün deyil.

Ailə daxilində ana ilə atanın, ata ilə ananın, valideynlərin, uşaqların, eləcə də qonşuların, qohumların sərhədlərinə hörmət etməlidirlər. Başqasının otağına icazəsiz girmək olmaz deyib, özümüz bunu ediriksə, başqa adamın əşyasını icazəsiz götürmək olmaz deyib özümüz onu götürürüksə, o zaman bu nəsihətlər uşaqlara təsir etməyəcəkdir. Çünki onlar eşitdiklərini deyil, gördüklərini edirlər.  Müəyyən yaşdan sonra uşaqlara “paylaşmağı” öyrədirik. Amma bu düzgündürmü? Sevdiyi topu başqasına verməyə məcbur edirik. Təsəvvür edin kimsə bizə “sevimli fincanını” başqasına ver deyir. Bizim keçirdiyimiz hisslərin eynisini uşaqlar da keçirir.

Əgər diqqət etsək bəzi uşaqlar yad adamların onları öpməsinə sərt reaskiya verdiyi halda, bəziləri heç reaksiya vermir? Bəs hansı doğrudur? Əlbəttə ki elə körpəlikdən valideynlər uşaqlarını öpərkən diqqətli olmalıdır. Əl və ayaqlar bunun üçün çox uyğundur. Qətiyyən uşağından dodağından öpmək olmaz. Uşaq yad adamlara etiraz etdikdə, hətta bu əmi, bibi və s. olsa belə onlardan üzr istəyib uşağın sərhədlərinə hörmət qoymalarını istəyə bilərik. Əgər artıq övladımız əşyalarını, geyimlərini seçməyə başlayıbsa, ona bu işdə kömək etmək lazımdır. Belə ki, qarşısına sizin seçdiyiniz bir neçə geyim qoymaqla, onun da öz seçimini etməsini gözləməlisiniz. Uşaqların hisslərinə, onların sərhədlərinə hörmətlə yanaşmaq lazımdır.

Müəllif : Narınc Uşaq Psixologiya Mərkəzinin psixoloqu Turanə Rzayeva

Online Qeydiyyat