“Psixoloji travmalar və onların aradan qaldırılması yolları” vebinarı

29.04.2021 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmovun təqdimatında “Psixoloji travmalar və onların aradan qaldırılması yolları” mövzusunda vebinar baş tutdu.

Qeyd edək ki, Zoom platforması üzərindən tədris olunan vebinar “Qadın, Ailə və Uşaq problemləri üzrə Dövlət Komitəsi”-nin Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin dəvəti və təşkilatçılığı ilə həyata keçirildi.

Vebinarda Elnur Rüstəmov mövzu üzrə zəruri məlumatları iştirakçıların diqqətinə çatdırdı, öz bilik və təcrübəsini onlarla bölüşdü.

Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq dəvət üçün Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinə təşəkkürümüzü bildiririk.

Online Qeydiyyat