Psixo-help – “Problemləri həll etmə üsulumuz: qaçmaq, yoxsa üstünə getmək?”

Dəyərli izləyicilərimiz, Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin təqdim etdiyi “Psixo-help” layihəsinin növbəti görüşü 01.05.2021 tarixində baş tutdu.

Qonağımız Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin əməkdaşı, ADPU-nun doktorantı, müəllimi, psixoloq Ülviyyə Nəhmətova, mövzu isə “Problemləri həll etmə üsulumuz: qaçmaq, yoxsa üstünə getmək?” oldu. Zoom platforması üzərindən tədris olunan vebinarda Ülviyyə xanım iştirakçılara mövzu üzrə zəruri məlumatları verdi, praktik texnikaları onlarla paylaşdı və suallarını cavablandırdı. Görüş iştirakçıların məmnuniyyət rəylərilə sona çatdı.

Qeyd edək ki, layihənin məqsədi psixologiyanın müxtəlif sahələri üzrə ən aktual mövzuları gündəmə gətirərək cəmiyyətimizi maarifləndirmək, pozitiv atmosfer yaradaraq cəmiyyətimizin psixoloji sağlamlığını təmin etməkdir.

Online Qeydiyyat