“Uşaqlarda allergiya: Psixoloq və allerqoloq yanaşması” vebinarı

Dəyərli izləyicilərimiz, 06.11.2021 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin təqdim etdiyi “Uşaqlarda allergiya: Psixoloq və allerqoloq yanaşması” vebinarından görüntüləri sizə təqdim edirik.

Təlimçilər: Psixoloji Xidmət və Reablitasiya Mərkəzinin mütəxəssisi, psixoloq Şəfəq Ələkbərova və 4 saylı Uşaq Poliklinikasının həkim allerqoloqu Səma Ağamirzəyeva.

Zoom platforması üzərindən tədris olunan vebinarda Şəfəq xanım və Səma xanım iştirakçılara mövzu üzrə zəruri məlumatları verdi, onların suallarını cavablandırdı. Görüş iştirakçıların məmnuniyyət rəylərilə sona çatdı.

Qeyd edək ki, vebinarın məqsədi psixologiyanın müxtəlif sahələri üzrə ən aktual mövzuları gündəmə gətirərək cəmiyyətimizi maarifləndirmək, pozitiv atmosfer yaradaraq cəmiyyətimizin psixoloji sağlamlığını təmin etməkdir.

#vebinar#psixohelp#psixolojiyardım#psixologiyaelmitədqiqatinstitutu#psixolojixidmətvəreabilitasiyamərkəzi

Online Qeydiyyat