Könüllü Fəaliyyət Proqramının üzvləri üçün qrup terapiyası keçirildi

13.11.2021-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Könüllü Fəaliyyət Proqramının üzvləri üçün qrup terapiyası keçirildi.

Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru, eyni zamanda Könüllü Fəaliyyət Qrupunun rəhbəri, psixoloq Nərmin Quliyeva tərəfindən keçirilən qrup terapiyası stress səviyyəsinin aşağı salınması, təşvişin azaldılması, depressiv simptomların korreksiyası və ailədaxili münasibətlərin tənzimlənməsi istiqamətində keçirilib. Terapiya zamanı həmçinin könüllülərimizə qrup terapiyasının texnikaları və relaksasiya metodları öyrədilir.

Könüllü Fəaliyyət Proqramının hər bir üzvü tərəfindən bəyənilən qrup terapiyası üçün Nərmin xanıma təşəkkürümüzü bildirir, könüllülərimizə uğurlar diləyirik.

Online Qeydiyyat