Məktəb psixoloqları üçün “Ailədaxili konfliktlərin şagirdlərin təhsilinə təsiri” mövzusunda vebinar keçirildi

Məktəb psixoloqları üçün maarifləndirici vebinarlarımız davam edir.

Növbəti vebinar 15.11.2021 tarixində, Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, psixoloq Xəyalə Zalıyevanın təqdimatında baş tutdu.

“Ailədaxili konfliktlərin şagirdlərin təhsilinə təsiri” mövzusunda vebinar Microsoft Teams platforması üzərindən həyata keçirildi, 1 saat davam etdi.

Xəyalə xanım vebinar iştirakçılarına mövzu üzrə zəruri məlumatlar verdi, onların suallarını cavablandırdı.

Vebinar iştirakçıların məmnuniyyət rəylərilə sona çatdı.

Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq əməkdaşımız Xəyalə xanıma təşəkkürümüzü bildirir, iştirakçılara uğurlar arzu edirik!

Online Qeydiyyat