Psixo-help: “Yeniyetməlik dövrü: Cinsi İnkişaf”

Dəyərli izləyicilərimiz, Psixologiya Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin təqdim etdiyi “Psixo-help” layihəsinin növbəti görüşü 20.11.2021 tarixində baş tutdu.

Qonağımız, Psixoloji Xidmət və Reablitasiya Mərkəzinin mütəxəssisi, psixoloq Türkan Məmmədli və Həkim, Ginekoloq, Endokrinoloq Gülnarə İsmayılova, mövzu isə “Yeniyetməlik dövrü: Cinsi inkişaf” oldu.

Zoom platforması üzərindən tədris olunan vebinarda Türkan xanım və Gülnarə xanım iştirakçılara mövzu üzrə zəruri məlumatları verdi, onların suallarını cavablandırdı. Görüş iştirakçıların məmnuniyyət rəylərilə sona çatdı.

Qeyd edək ki, layihənin məqsədi psixologiyanın müxtəlif sahələri üzrə ən aktual mövzuları gündəmə gətirərək cəmiyyətimizi maarifləndirmək, pozitiv atmosfer yaradaraq cəmiyyətimizin psixoloji sağlamlığını təmin etməkdir.

Online Qeydiyyat