Azərbaycan Dövlət Neft və Sənaye Universitetində İqtisadiyyat və Menecment fakültəsi tələbələri üçün “Motivasiya və özünütəqdimetmə bacarıqları” adlı təlim keçirilmişdir

23.12.2021 tarixində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində İqtisadiyyat və Menecment fakültəsi tələbələri üçün “Motivasiya və özünütəqdimetmə bacarıqları” adlı təlim keçirilmişdir.

Təlimçi – Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşı, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, AMEA-nın doktorantı, psixoloq Əli Xəlilov olmuşdur.

Seminarda motivasiya, karyera, iş interviyusu və s. haqqında interaktiv müzakirələr aparıb. Tələbələrin sualları cavablandırılıb və tövsiyələr verilib.

Online Qeydiyyat