“Peşəkar Psixoloq Təcrübə Proqramı – 5” uğurla başa çatdı

3 ay müddətində davam edən “Peşəkar Psixoloq Təcrübə Proqramı – 5” uğurla başa çatdı.

Qeyd edək ki, proqram Yaş və İnkişaf Psixologiyası şöbəsinin müdiri, BDU-nun doktorantı, müəllimi, psixoloq Mətanət Əliyevanın təqdimatında tədris olundu.

Kursda iştirak edən hər kəs təcrübə proqramı ilə bağlı öz xoş təəssüratlarını və 3 ay müddətindəki xoş xatirələrini bizimlə bölüşdü, Psixologiya Elmi-Tədqiqat İnstitutu haqda, o cümlədən Mətanət xanım haqda xoş fikirlər səsləndirdi.

İştirakçılara Sertifikat təqdim edildi, xatirə fotoları çəkildi.

Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq biz də yüksək peşəkarlıqla tədris olunan kurs üçün əməkdaşımız Mətanət xanıma təşəkkürümüzü bildirir, iştirakçılara əldə etdikləri bilik və təcrübəni öz karyeralarında uğurla tətbiq etməyi arzu edirik!

Online Qeydiyyat