“Məktəblinin dostu” layihəsi çərçivəsində məktəb psixoloqları üçün “Məktəb psixoloqlarının peşəkar təkmilləşmə proqramı” adlı təlim keçirilmişdi

“Məktəblinin dostu” layihəsi çərçivəsində 28.12.2021 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda məktəb psixoloqları üçün növbəti “Məktəb psixoloqlarının peşəkar təkmilləşmə proqramı” adlı təlim keçirilmişdir.

Təlimçi Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşı, psixoloq, ADPU-nun Ümumi psixologiya kafedrasının fəlsəfə doktoru proqramı üzrə doktarantı Ülviyyə Nəhmətova olmuşdur.

Təlimlərdə 1 ay müddətində 50 məktəb psixoloqunun iştirak etməsi planlaşdırılmışdır.

Təlimlərin keçirilməsinin əsas məqsədi təhsil mühitində təhsilalanların psixoloji sağlamlığının qorunmasına və sosial inkişafına dəstək olmaqdır.

Online Qeydiyyat