Psixo-help:”Alkoqol Asılılığı”

Dəyərli izləyicilərimiz, Psixologiya Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin təqdim etdiyi “Psixo-help” layihəsinin növbəti görüşü 04.02.2022 tarixində baş tutdu.

Qonağımız, Psixoloji Xidmət və Reablitasiya Mərkəzinin mütəxəssisi, psixoloq Nəzrin Məmmədzadə, mövzu isə “Alkoqol Asılılığı” oldu.

Zoom platforması üzərindən tədris olunan vebinarda Nəzrin xanım iştirakçılara mövzu üzrə zəruri məlumatları verdi, onların suallarını cavablandırdı. Görüş iştirakçıların məmnuniyyət rəylərilə sona çatdı.

Qeyd edək ki, layihənin məqsədi psixologiyanın müxtəlif sahələri üzrə ən aktual mövzuları gündəmə gətirərək cəmiyyətimizi maarifləndirmək, pozitiv atmosfer yaradaraq cəmiyyətimizin psixoloji sağlamlığını təmin etməkdir.

Online Qeydiyyat