Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin iclası keçirildi

02.02.2022-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin iclası keçirildi. İclasda institutun sədri Elnur Rüstəmov, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru Nərmin Quliyeva və mərkəzin mütəxəssisləri iştirak etdilər. İclasda ötən ay ərzində müraciət edən şəxslərin problemləri ilə bağlı statistik göstəricilərə nəzər salındı, qarşıda həyata keçirilməsi nəzərdə tutulan yeni ideyalar müzakirə edildi.

Online Qeydiyyat