7 Fevral-Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür

Bu gün Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür.

Vətən qaladır. Əzəmətli, vüqarlı qala. Qalanı ucalıq mərtəbəsində tutan, ruhunun ucalığı bilən, sal qaya kimi düşmənin qarşısını kəsən oğullardır. Biri-birinə arxa-dayaq olan bu qayaların ürəkləri Vətən sevgisiylə, Vətən eşqiylə döyünür. Onlar Vətənimizin işıqlı sabahları, aydın səmaları üçün döyüşür, Vətən üçün can əsirgəmir, şəhadətləriylə ölümü ucaldıb ölümsüzlüyə, əbədiyyətə qovuşurlar. Səməd Vurğunun “Ölüm var ki, həyat qədər dəyərli” – misrası nə qədər yaşarıdı.

Cəsurluq, igidlik, mərdlik nümayiş etdirən Mübariz İbrahimov Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzidir.

Online Qeydiyyat