“Ailə Psixoterapiyası üzrə İsxtisaslaşma Kursu”

Türkiyənin məşhur Yıldız Teknik Universiteti və Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşlığı ilə “Ailə Psixoterapiyası üzrə İsxtisaslaşma Kursu”na qəbul başladı.

Ümumilikdə 450 saatlıq tədris proqramı həftədə 2 dəfə 6 saat olmaqla, 6 ay müddətində davam edəcək. Tədris Yıldız Teknik Universitetinin professor və dosent heyəti və yerli mütəxəssislər tərəfindən online və canlı olaraq baş tutacaqdır.

Proqram iştirakçılarına ailə psixoterapiyasına aid yeni metodlar, o cümlədən illərin təcrübəsindən keçmiş yanaşmalar tədris olunacaq. Kursun sonunda imtahan nəticələrinə əsasən Beynəlxalq Sertifikat təqdim olunacaq.

Proqramda yalnız psixologiya, sosiologiya, sosial iş, təhsildə sosial-psixoloji xidmət, korreksiyaedici təlim ixtisasını bitirmiş və ya təhsili davam edən (3-cü və 4-cü kurs tələbələri) şəxslər, həkimlər və rezidentura tələbələri iştirak edə bilərlər. İştirakçı sayı limitlidir, öncədən qeydiyyat mütləqdir.

Sərbəst şəkildə psixoloq kimi fəaliyyət göstərmək üçün bu inanılmaz fürsəti qaçırmayın.

Qeydiyyat üçün bizimlə əlaqə: 055 294 27 00

Whats App https://wa.me/994552942700

Online Qeydiyyat