Bakı Dövlət Universitetinin Psixologiya ixtisası üzrə təhsil alan və təcrübə proqramı əsasında təcrübə keçən IV kurs tələbələri ilə ilk görüş baş tutdu

16.02.2022 tarixində Bakı Dövlət Universitetinin Psixologiya ixtisası üzrə təhsil alan və təcrübə proqramı əsasında Psixologiya Elmi-Tədqiqat İnstitutunda təcrübə keçən IV kurs tələbələri ilə ilk görüş baş tutdu.

• Görüşdə Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru, eyni zamanda tələbə təcrübə proqramının rəhbəri, psixoloq Nərmin Quliyeva, Təcrübə Proqramının Koordinatorları, Marketinq və İctimaiyyətlə Əlaqələr şöbəsinin mütəxəssisi Ayşən Qəribova və Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşı, psixoloq Emilya Nəsibova iştirak edərək tələbələrə təcrübə proqramı haqqında ətraflı məlumat verib həmçinin onları Psixologiya Elmi-Tədqiqat İnstitutunun fəaliyyət istiqamətləri ilə yaxından tanış etdilər.

• Qeyd edək ki, həmin tələbələr önümüzdəki 3 ay müddətində institutumuzda aktiv təcrübəyə davam edəcəklər.

Online Qeydiyyat