Azərbaycanda ilk CBT məktəbi

Azərbaycanda bir İLK!!! İlk dəfə olaraq Azərbaycanda Psixologiya Elmi Tədqiqat İnstitutunun nəzdində CBT məktəbi yaradılır. Bununla bağlı 2 Mart saat 21:00 da Albert Ellis İnstitutunu Türkiyə Səlahiyyətli Psixoterapiya və Yetişdirmə Mərkəzinin direktoru, Rasioanal Psixologiya İnstitutunun qurucusu, Albert Ellis İnstitutunun psixoterapiya təlimçisi Dos. Dr. Murat Artıranla canlı yayımımız olacaq. Psixologiya Elmi Tədqiqat İnstitutunun əməkdaşı, klinik psixoloq Fuad Əsədovun moderatorluğu ilə baş tutacaq canlı yayımda Murat Artıran Rasional Emosional Davranışçı Psixoterapiya, Azərbaycanda yaradılan CBT məktəbi, tezliklə baş tutacaq və dünyanın bir çox tanınmış CBT mütəxəssisləri ilə birlikdə özünün də təlimçilik edəcəyi CBT təlim və superviziyasından bəhs edəcəkdir.

Bu, Tarixi Canlı Yayımı qaçırmayın.

Online Qeydiyyat