Təcrübə proqramına əsasən təcrübəçi tələbələr üçün təlim baş tutdu

Təcrübə proqramına əsasən 24.02.2022 tarixində təcrübəçi tələbələr üçün təlim baş tutdu.

Psixologiya Elmi-Tədqiqat İnstitutunun Uşaq bölməsinin mütəxəssisi, psixoloq Türkan Məmmədli təqdimatında keçirilən təlimin mövzusu “Brothers” adlı film analizi oldu.

Türkan xanım təcrübəçi tələbələrə mövzu üzrə zəruri biliklər verməklə yanaşı, həmin biliklərin praktikada tətbiqi istiqamətində də faydalı məlumatlar verdi, həmçinin onların suallarını cavablandırdı.

Türkan xanıma zəngin bilik və təcrübəsini tələbələrlə paylaşdığı üçün təşəkkürümüzü bildirir, təcrübəçi tələbələrimizə uğurlar arzu edirik.

Online Qeydiyyat