Təcrübə proqramına əsasən təcrübəçi tələbələr üçün təlim baş tutdu

Təcrübə proqramına əsasən 25.02.2022 tarixində təcrübəçi tələbələr üçün təlim baş tutdu.

Psixologiya Elmi-Tədqiqat İnstitutunun Uşaq bölməsinin mütəxəssisi, psixoloq Rüstəm Kərimovun təqdimatında qrup terapiyası keçirildi.

Rüstəm bəy təcrübəçi tələbələrə mövzu üzrə zəruri biliklər verməklə yanaşı, həmin biliklərin praktikada tətbiqi istiqamətində də faydalı məlumatlar verdi, həmçinin onların suallarını cavablandırdı. Uşaq bölməsində olan praktikantlar isə metodiki vəsaitlər və terspiya üsulları ilə tanış oldular.

Rüstəm bəyə və Uşaq bölməsinə zəngin bilik və təcrübələrini tələbələrlə paylaşdığı üçün təşəkkürümüzü bildirir, təcrübəçi tələbələrimizə uğurlar arzu edirik.

Online Qeydiyyat