V Könüllü Fəaliyyət qrupunun üzvləri üçün təlim keçirildi

26.02.2022 tarixində institutumuzda V Könüllü Fəaliyyət qrupunun üzvləri üçün təlim keçirildi.

Təlim “Ailədaxili konfliktlər” mövzusuna həsr olundu və Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, psixoloq Fidan Abilli Əliyevanın təqdimatında baş tutdu.

Fidan xanım könüllülərə mövzu üzrə nəzəri məlumatlarla yanaşı, həmçinin zəruri olan praktik biliklər də verdi, onların suallarını cavablandırdı.

Bilik və təcrübələrini könüllülərlə paylaşdığı üçün Fidan xanıma dərin təşəkkürümüzü bildirir, V Könüllü Fəaliyyət qrupumuzun üzvlərinə uğurlar arzu edirik.

Online Qeydiyyat