“Psixoloqların Yay Məktəbi”

1 ay müddətində davam edən “Psixoloqların Yay Məktəbi” uğurla başa çatdı.

Qeyd edək ki, proqram Doktorant, Psixologiya Elmi-Tədqiqat İnstitutunun Yaş və İnkişaf Psixologiyası şöbəsinin müdiri, BDU-nun müəllimi, psixoloq Mətanət Əliyeva, Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşı, ADPU-nun doktorantı, müəllimi, psixoloq Ülviyyə Nəhmətova və Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşı, BDU-nun müəllimi, klinik psixoloq Mələk Allahverdiyevanın təqdimatında tədris olundu.

Kursda iştirak edən hər kəs proqram ilə bağlı öz xoş təəssüratlarını və 1 ay müddətindəki xoş xatirələrini bizimlə bölüşdü, Psixologiya Elmi-Tədqiqat İnstitutu haqqında, o cümlədən Mətanət xanım, Ülviyyə xanım və Mələk xanım haqqında xoş fikirlər səsləndirdi.

Sonda iştirakçılara sertifikat təqdim edildi, xatirə fotoları çəkildi.

Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq biz də yüksək peşəkarlıqla tədris olunan proqram üçün əməkdaşlarımız Mətanət xanım, Mələk xanım və Ülviyyə xanıma təşəkkürümüzü bildirir, iştirakçılara əldə etdikləri bilik və təcrübəni öz karyeralarında uğurla tətbiq etməyi arzu edirik!

Online Qeydiyyat