Fotolar Psixologiya tarixi üzrə mütəxəssis, Psixologiya üzrə fəlsəfə doktoru, dosent, Lobaçevski adına Nijniy Novqorod Dövlət Universiteti “İdarəetmə psixologiyası” kafedrasnın dosenti Stoyuxona Nataliya ilə görüşü keçirilmişdir

Fotolar Psixologiya tarixi üzrə mütəxəssis, Psixologiya üzrə fəlsəfə doktoru, dosent, Lobaçevski adına Nijniy Novqorod Dövlət Universiteti “İdarəetmə psixologiyası” kafedrasnın dosenti Stoyuxona Nataliya ilə görüşü əks etdirir.
Görüş Psixologiya Elmi-Tədqiqat İnstitutunda baş tutmuşdur.

Dəyirmi masada XX əsrin 20-30-cu illərində sovet psixologiyasının tarixindən bəhs edən Nataliya xanım o dövrdə psixologiyanın inkişafında rol oynayan Azərbaycan psixoloqlarından bəhs etmişdir. Bununla yanaşı Fuad İbrahimbəyovun psixologiya elmindəki xidmətlərindən bəhs edən Nataliya xanım onunla bağlı etdiyi araşdırmaları da iştrakçıların diqqətinə çatdırmışdır. Görüş interaktiv formada keçmişdir. Sonda Nataliya xanım iştrakçıların suallarını cavablandırmış və Lobaçevski adına Nijnıy Novqorod Dövlət Universiteti “İdarəetmə psixologiyası” kafedrası adından instituta kitab hədiyyə etmişdir.

Psixologiya Elmi-Tədqiqat İnstitutu adından Nataliya xanıma dərin təşəkkürlərimizi bildiririk.

Online Qeydiyyat