Ailə münasibətlərində ərlə-arvad arasında baş verən konfliktlər əsas rol oynayır və ailənin inkişafına mane olur. Bu da əsasən ərlə-arvadın bir-birinə olan tələbatlarının ödənilməməsindən qaynaqlanır. Belə ki;
-Öz “məni”nin tələblərinin ödənilməsi, bir-birinin mənlik hisslərinə hörmətsizlik
-Müsbət emosiyalara olan tələbatın ödənilməməsi
-İstirahət vaxtının təşkilinə, ərlə-arvadın tələblərinin müxtəlifliyi
-Müsbət emosiyalara olan tələbatın ödənilməməsi: diqqət, başa düşmək, yumşaq münasibət və s.
Bunlarla yanaşı başqa faktorlar da ailə münasibətlərinə pis təsir edir. Buna hər şeydən əvvəl ailənin inkişafında böhranlı dövrlərin olması nümunə göstərilə bilər. Bunlar hansılardır?
Ailə həyatının birinci ili – bu dövr ərlə-arvadın bir-birinə uyğunlaşması dövrüdür. Bu, iki “mən” birləşib bir “biz” olmasıdır.
Bu zaman hisslər inkişaf edir, sevgi, məhəbətin bir qədər azalması, subyektlərin həyatda olduğu kimi qavranılması başlayır. Bu dövrdə gənc ailədə tez-tez konfiliktlər baş verə bilər. Belə bir dönəmdə hər iki tərəfini valideynləri gənc ailədə dəstək olmalıdır. Çünki yeni qurulmuş ailə iki-üç ilə ancaq tam olaraq formalaşır.
İkinci böhranlı dövr – uşaqların dünyaya gəlməsiylə bağlıdır. Hələ ki tam möhkəmlənməmiş “biz” sistemi ciddi imtahanları rastlaşır. Gəlin nəzər salaq; bu zaman baş verən konfliktlərin əsasın nə təşkil edir?
-uşaqların tərbiyəsində ərlə-arvadın fikir ayrılığı
-uşağa xidmətləri bağlı qadın yorğunluğu (özünə diqqət göstərməmək və s)
-onların fəaliyyətində şəxsi maraqları ilə bağlı fərqlilik
-kişidə sosial inkişaf gedir, qadında isə tam əksinə.
Üçüncü böhranlı dövr – ərlə-arvadın birlikdə yaşamasının orta illərinə təsadüf olunur. Subyektlərin bir-birindən doyması baş verir. Hisslərdə yenilik olmur. Bu dövrü hətta duyğu və hisslərin aclıq dövrü də adlandırırlar.
Dördüncü böhranlı dövr – ərlə-arvadın münasibətlərində konfliktlər təxminən 18-24 illik aile həyatından sonra baş verməyə başlayır. Bunun baş vermə səbəbləri uşaqların ailədən getməsi (ailə qurmaqları, xaricdə təhsil alması və s.) ilə təklik hissinin baş qaldırması, arvadın emosional asılılığının artması və s. səbəblərlə bağlı olur.
Beləliklə ərlə-arvadın arasında konfliktlərin baş verməsində xarici faktorların da təsiri var. Ər və ya arvadın isə həddən artıq zaman ayırması, iqtisadi çətinliklər, ailə subyektlərindən birinin işə düzələ bilməməsi, yaşayış üçün mənzilin olmaması və s.
Bunlarla yanaşı, makro faktorlar da ailədə konfliktlərə yol aça bilir. Məsələn: müasir dövrdə cəmiyyətimizdə sosial vəziyyət, mənəvi dəyərlərin qiymətsizləşməsi, ailədə qadının ənənəvi vəziyyətinin dəyişilməsi qadının iqtisadi müstəqilliyi, maliyyə çətinlikləri və s. Statistik hesablamalara görə ailələrin təxminən 80-85%-də konfliktlər baş verir, qalan 15-20%-də isə narazılıqlar özünü göstərir.
Psixologiya Elmi-Tədqiqat İnstitutunun mütəxəssisi, psixoloq Sevda Xəlilova